Draghi: İnflyasiya üçün hələ də təşviq lazımdır
Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draghi, AMB-nin Cümə axşamı günkü pul siyasəti iclasından sonra keçirdiyi mətbuat konfransında, "İnflyasiya üçün hələ də əhəmiyyətli miqdarda təşviq lazımdır" deyib.
"Marja" xəbər verir ki, Draghi, iqtisadi trendin möhkəm olduğunu bildirib.
Bank 2018-ci ilin Yanvar ayından Sentyabr ayına qədər aylıq 30 milyard avroluq istiqraz alışı (təşviq) planlaşdırır. İqtisadi mənzərə pisləşərsə, AMB təşviqi (istiqraz alışı) məbləğ və müddət olaraq artıra bilər.
AMB, Avro Bölgəsinin iqtisadi artım proqnozlarını yüksəldib
"2020-ci ildə 1.7 faiz artım gözləyirik" deyən AMB Sədri, Avro Bölgəsinin 2017-ci ilə dair iqtisadi artım proqnozunu 2.2%-dən 2.4%-ə qaldırdıqlarını bildirib. Bankın 2018-ci il üçün artım proqnozu 1.8%-dən 2.3%-ə, 2019-cu il üçün 1.7%-dən 1.9% yüksəldilib.
İnflyasiya proqnozları
2019-ci il üçün inflyasiya proqnozunun 1.5 faiz səviyyəsində qorunduğunu qeyd edən AMB Sədri, bankın 2018-ci il üçün yeni inflyasiya proqnozu isə 1.4 faiz səviyyəsindədir. 2018-ci ilə dair əvvəlki proqnoz isə 1.2 faiz səviyyəsində idi.
Draghi tərəfindən edilən açıqlamaya görə AMB, Avro Bölgəsi inflyasiyanın 2020-ci ildə orta hesabla 1.7 faiz səviyyəsində olacağını təxmin edir.
Yeni inflyasiya proqnozları neft və ərzaq qiymətlərini əks etdirdiyini qeyd edən AMB sədri, AMB üzvlərinin inflyasiyaya dair etibarının artdığını bildirib.
Draghi, "Göstəricilər güclü iqtisadi artıma işarə edir" deyib.
AMB tərəfindən edilən açıqlamaya görə, bank faizlərdə dəyişikliklər etməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























