Qlobal hasilatın artması qiymətlər üzərində təzyiq yaradır
Beynəlxalq Enerji Agentliyi (IEA) və OPEC qlobal neft hasilatın artdığını açıqlayıblar. Hasilatın artması qiymətlər üzərində təzyiq yaradır.
OPEC, hasilatın azaldılması müqaviləsini 2018-ci ilin sonuna qədər uzatsa da, ABŞ istehsal ilə üz-üzədir. Gələn il ABŞ-ın neft istehsalnın gündəlik 10 milyon bareli keçərək rekord qıracağı ehtimal edilir.
Analitiklər bildirirlər ki, neftbazalardakı ehtiyatlar ilin əvvəlindən bu yana cüzi azalıb və bunun 2018-ci ildə də davam edəcəyi gözlənilir. Neftdə son qiymət artımı hələ də "kövrək" görünür. Bu səbəbdən hasilatın daha da artmasının qiymətlərin düşməsilə nəticələnəcəyi gözlənilir.
Bakı vaxtı ilə 08:30-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 57.14 dollardan, Brent nefti Londonda ICE Futures Europe birjasında 3 sent düşərək bareli 63.28 dollardan alıcı tapıb. Qiymətlər bu həftə çox dəyişməyib və bu il təxminən 11 faiz yüksəlib.
OPEC-in Neft Bazarı Hesabatına görə, noyabrda qlobal neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 840 min barrel artaraq 97 milyon 440 min barrelə qalxıb.
Beynəlxalq Enerji Agentliyinə (IEA) görə, qlobal neft hasilatı noyabrda əvvəlki ayla müqayisədə gündəlik 200 min barel artımla 97 milyon 800 min barrelə yüksəlib.
Beynəlxalq Enerji Agentliyinin (IEA) "Aylıq Neft Bazarı Hesabatına" görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı əvvəlki aya nisbətən gündəlik 130 min barel azalaraq 32 milyon 360 min barel olub.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) "Neft Bazarı Hesabatına" görə, OPEC-in gündəlik xam neft hasilatınoyabrda əvvəlki aya nisbətən 133 min barel azalaraq 32 milyon 450 min barrelə geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























