Tikinti şirkətlərinin rəhbərləri həbs edildi
Tikinti təşkilatlarının vəzifələri şəxslərinin qanunsuz əməlləri ifşa edilib.
Baş Prokurorluqdan Marja-ya verilən məlumata görə, “Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin və “Yüksəliş-C” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
33 MƏNZİLİ YENİDƏN 37 NƏFƏRƏ SATIBLAR
İstintaq zamanı “Yeni Yasamal” MTK-nın sədri Cahangir Alışovun səlahiyyətli nümayəndəsi-hüquqşünas kimi fəaliyyət göstərməklə faktiki olaraq mənzillərin satışını həyata keçirən Habil Fətəliyev və qeyriləri ilə əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə paytaxtın Yasamal rayonunda inşa olunan binadan dəyəri ödənilmiş 33 mənzili yenidən 37 nəfərə sataraq 1 milyon 644 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
10 MƏNZİLİ TƏKRAR 11 NƏFƏRƏ SATIB
Bundan başqa, C.Alışovun H.Fətəliyev və qeyriləri ilə əlbir olub “Yüksəliş-C” MMC-nin direktoru vəzifəsində işləməklə həmin cəmiyyət tərəfindən Bakı şəhəri, Xətai rayonunda inşa olunan binadan da eyni qaydada 10 mənzili təkrarən 11 nəfərə satmaqla 587 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə C.Alışova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), H.Fətəliyevə isə həmin məcəllənin 178.3.2 və 313-cü maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri, o cümlədən vətəndaşlara dəymiş ziyanın ödənilməsi istiqamətində tədbirlər davam etdirilir.
Müştərilərin xəbərləri
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 13 d. əvvəl
-
-
15 d. əvvəl
“Naxçıvan Taxıl Məhsulları”nın rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
-
30 d. əvvəl
Daha 8 şirkət “Startap” şəhadətnaməsi aldı - 3 İL MƏNFƏƏT VERGİSİ ÖDƏMƏYƏCƏKLƏR
-
1 saat əvvəl
Gecikdirilmiş 108 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il 30 milyon manatdan çox qazanmış bank səhmdarlarına dividend ödəyəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
2 saat əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bank Nəzarəti Strategiyası” təsdiq edilib - AÇIQLAMA
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı



























