Litecoin-in banisi bütün Litecoin-lərini satdı
2011-ci ildə Bitcoin-ə qarşı transferi daha sürətli və ucuz alternativi olaraq Litecoin (LTC) adlı şifrəli pulu yaradan Çarli Li (Charlie Lee), bu gün Reddit üzərindən heyrətamiz bir açılama edib.
"Marja" xəbər verir ki, 18 milyard dollarlıq bazar qiyməti ilə dünyanın ən böyük beşinci şifrəli pulu olan Litecoin-in banisi, əlindəki bütün Litecoin-ləri satdığını bildirib.
Çarli Linin açıqlamasına görə, o, artıq sosial şəbəkədəki izləyiciləri tərəfindən günahlandırılmaq istəmir. Bu səbəbdən bütün Litecoin-ləri ötən günlərdə satdığını qeyd edib.
Linin etdiyi açıqlama:
"Ötən son bir il ərzində paylaşdığım "tweet"lərdə qiymətlərlə bağlı məsələlərdən mümkün olduqca uzaq qalmağa çalışdım. Ancaq Litecoin belə nəhəng bir sürətlə böyüyərkən bunu aparmaq da getdikcə çətinləşdi. Litecoin haqqında yaxşı və ya pis xəbərlərlə bağlı "tweet" atanda şəxsi mənafe məqsədli paylaşımlar etdiyim ittihamlarına məruz qaldım. Hətta bəziləri LTC-də qısa mövqe (satış istiqamətində) aldığımı da iddia edib. Çox təsirim olduğu üçün, LTC puluna sahib olmağım maraq toqquşmalarına səbəb olmağa başlayıb.Heç vaxt yazdığım hər bir tweet-dən əvvəl və ya sonra LTC alqı-satqsı etməmişəm. Əlbəttə, bunu yalnız mən bilirəm. Ancaq bu məsələdə hər zaman şübhələr olacaq. Bu səbəbdən ötən günlərdə sahib olduğum bütün LTC pullarını satdım və hamısını xeyriyyə təşkilatlarına bağışladım. 6 il fasilədən sonra ilk dəfə tək bir LTC-yə də malik deyiləm. Bu çox qəribə bir hissdir. Amma narahat olmayın, Litecoini tərk etmirəm. Litecoin ilə bağlı işlərimə davam edəcəyəm. Onsuz da Litecoin müvəffəqiyyətə çatsa, bir çox fərqli şəkildə əvəzini alacağam. Bunun üçün hökmən Litecoin sahibi olmağıma ehtiyac yoxdur".
Litecoin dünən Bitfinex birjasında 370 dollar ilə ən yüksək səviyyəsinə çıxmışdı.
Açıqlamadan sonra Litecoin 4,5% ucuzalaşaraq 335,7 dollara düşüb.
Bu şifrəli pul bu il bu ana qədər sərmayədarına 7600 faiz qazandırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















