"Azərbaycan biznes üçün 70-ci ən yaxşı ölkədir"
Azərbaycan "Forbes" jurnalı tərəfindən tərtib olunan "Biznes üçün ən yaxşı ölkələr - 2018" adlı reytinqdə 70-ci yeri tutub.
2017-ci il üçün tərtib olunmuş reytinqdə Azərbaycan 64-cü yeri tutub.
Reytinq 153 ölkəni əhatə edir. Siyahı Freedom House, Heritage Foundation, Property Rights Alliance, United Nations, Transparency International, World Bank Group və World Economic Forum kimi təşkilatların məlumatları əsasında tərtib olunub.
Tərtibat zamanı 15 meyar nəzərə alınıb ki, bunların arasında innovasiyalar, özəl mülkiyyət, infrastruktur, vergi sistemi və s. qeyd etmək olar.
Qonşularımızın reytinqdəki yerlərinə gəlincə, Gürcüstan 52, Türkiyə 56, Rusiya 58, Ermənistan 88-ci yerdə qərarlaşıb.
Reytinqin lideri Böyük Britaniyadır. Bu ölkəni Yeni Zelandiya, Niderland, İsveç, Kanada, Honkonq, Danimarka, İrlandiya, Sinqapur, İsveçrə kimi ölkələr izləyir.
Reytinqin autsayderi Çaddır.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 saat əvvəl
Azərbaycanın enerji tikinti şirkəti investisiyanın cəlb olunması məqsədilə əlavə səhmlər buraxır
-
3 saat əvvəl
Rabitəbank ABŞ-nin "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib
-
3 saat əvvəl
Nazirlər Kabineti dəmiryol nəqliyyatı təyinatlı torpaqlar ilə bağlı qərar qəbul edib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Borcların yığılması üzrə xidmətlər göstərən şirkətin qazancı kəskin artıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Azenco” ASC-nin ümumi yığıncağı keçirilib, 1-ci müavin vəzifəsində dəyişlik olub
-
6 saat əvvəl
Bazarda ciddi nöqsanlar aşkarlanıb, məhdudlaşdırıcı qərar qəbul edilib
- 6 saat əvvəl
- 6 saat əvvəl