"Bitcoin" 7 800 dollara qədər ucuzlaşa bilər
"Bitcoin" kriptovalyutasının qiyməti ötən həftə ərzində maksimal səviyyə - 20 089 dollardan xeyli geriləyib. Geriləmə səbəblərindən biri investorların il ərzində 20 dəfə bahalaşan "bitcoin"də mənfəətlərini reallaşdırmaq istəkləri olsa da, digər səbəb də var.
Analitiklərin fikrincə, "Bitcoin"in ucuzlaşması həmçinin noyabrın 8-də onun "SegWit2x" hardforkunun baş tutmaması ilə bağlıdır. "SegWit2x" hardforku "bitcoin"in 1 MB olan blokçeyn ölçüsünü artıracaqdı. Belə ki, ilin əvvəlində "bitcoin"ə yaranan tələb, onun blokçeyn ölçüsünə uyğun gəlmir. Saniyədə 3-5 tranzaksiya həyata keçirən "bitcoin" tələbin artması nəticəsində "donmağa" başlayıb. Başqa sözlə, "SegWit2x" hardforkunun baş tutmaması, "bitcoin"in genişlənmə problemini aradan qaldırmayıb. Bu səbəbdən analitiklər "bitcoin"in 7 800 dollar səviyyəsinə qədər geriləyə biləcəyini istisna etmirlər.
Bununla yanaşı, ucuzlaşmaya daha bir səbəb kimi ABŞ hökumətinin kriptovalyuta birjalarına təzyiqi artırması amili göstərilir. Belə ki, ABŞ-ın əsas kroptovalyuta birjaları son zamanlar müştərilərdən müxtəlif sənədlər istəməyə başlayıb. Buna misal kimi Honq-Konqda yerləşən "Bitfinex" birjasının ABŞ vətəndaşları ilə əməkdaşlığı dayandırması göstərilir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























