Brent neftin qiyməti 65 dolların üzərində qalır
ABŞ-da qazıla neft quyularının sayının ardıcıl iki həftə artmaması, Milad tətilindən sonra əməliyyatların yenidən başlaması ilə neft qiymətləri yüksəlib.
Neft Nyu-Yorkda keçən həftə 2 faiz bahalaşıb.
"Marja" xəbər verir ki, Baker Hughes-ın Cümə günü açıqladığı məlumata görə, ABŞ-da qazılan neft quyularının sayı dəyişməyərək 747-də qalıb.
"Ineos Group" şirkəti bildirib ki, Şimal Dənizindəki Forties boru kəmərinin təmirini başa çatdırıb və təzyiq testi başlanılıb. Boru xəttində bu ayın əvvəlində axının dayanması qiymətlərdə artıma səbəb olmuşdu.
Neft qiymətləri, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və aralarında Rusiyanın da olduğu tərəfdaşlarının hasilatın azaldılması müqaviləsini 2018-ci ilin sonuna qədər uzatması ilə
qalxmağa başlamışdır.
İraqın neft naziri Jabbar Al-Luaibi, Bazar ertəsi günü etdiyi açıqlamada, qlobal ehtiyatların düşməsi və Çin və Hindistanda tələbatın artması ilə qiymətlərin gələn il artacağı məsələsində nikbin olduğunu qeyd edib.
Analitiklər bildirirlər ki, ABŞ-da qazılan quyuların sayının azalmağa davam edib etməyəcəyini söyləmək üçün hələ bir qədər tezdir. Çünki qış dövrünün gəldiyini və bəzi mövsümi amillərin qazma fəaliyyətlərinin azalmasına səbəb ola biləcəyi istisna edilmir. Həmçinin Forties boru kəmərinin bağlanması qiymətlərin yüksəlməsini təmin edib və bu vəziyyət ən azı bu ilin sonuna qədər qiymətlərin yüksək davam etməsinə yardım edəcək.
Qərbi Texas nefti (WTI) Nymex birjasında 58.52 dollara, Brent nefti, Londonda ICE Futures Europe birjasında 65.28 dollara qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























