Süd nəhənginə cinayət işi açıldı
Fransada prokurorluq körpə südündə bağırsaq infeksiyası və ishala yol açan salmonella mikrobu təsbit edilmiş "Lactalis" şirkəti haqqında cinayət işi açaraq istintaqa başlayıb.
Fransanın ən böyük süd sənayesi şirkəti olan "Lactalis" insan sağlamlığına zərər vermək və istehlakçıları çaşdırmaqla günahlandırır.
Fransada 30-dan çox uşağın xəstələnməsi ilə şirkət bütün dünyaya ixrac etdiyi minlərlə ton süd tozunu geri toplamaq məcburiyyətində qalmışdı.
"Marja" "Deutsche Welle"ə istinadən xəbər verir ki, istintaqı aparan prokurorluq rəsmiləri "Lactalis"in salmonella təhlükəsi barədə ictimaiyyəti çox gec və yetərsiz məlumatlandırdığı şübhəsi üzərində dayanır.
Şirkət Dekabrın ortalarında "Milumel", "Picot" və "Taranis" marka məhsullarını geri yığmışdı. Səhiyyə idarəsi isə 1 Dekabrda "Lactalis"i süd məhsullarına mikrob bulaşmış ola biləcəyi barədə xəbərdarlıq etmişdi.
LACTALİS ƏN ÇOX ASİYA ÖLKƏLƏRİNƏ SÜD TOZU SATIR
Fransız səlahiyyətlilər Avqust ayından bu yana ölkədə ən az 35 uşağın salmonellaya yaxalandığı və körpələrdən 31-nə, mikrobun aşkar edildiyi "Lactalis" müəssisələrində istehsal edilmiş süd tozu verildiyi açıqlanıb. Şirkət istehsalın dayandırıldığını və kompleksin təmizlənib dezinfeksiya edildiyini bildirib. Xəstələnən uşaqların sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.
Süd məhsulları istehsalı sənayesinin nəhəngləri arasında yer alan Fransanın "Lactalis" şirkətinin məhsulları əsasən Çin, Pakistan və Britaniyada satılır. "Lactalis" Almaniyaya süd tozu göndərmədiyini, yalnız bu ölkədə üç ayrı marka altında pendir satdıqlarını açıqlayıb.
Qeyd edək i, Azərbaycan bazarında da "Lactalis" məhsulları satılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























