Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Neft qiymətləri son 3 ilin ən yüksək səviyyəsinə qalxdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft qiymətləri son 3 ilin ən yüksək səviyyəsinə qalxdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft qiymətləri, ABŞ-da özəl sektorun açıqladığı göstəricinin neft ehtiyatlarının düşməyə davam etdiyini göstərməsi və OPEC-in hasilatının ötən ay dəyişməməsindən sonra üç ildən çox müddətin ən yüksək səviyyəsinə qalxıb.
 


"Marja" xəbər verir ki, ABŞ-da özəl sektorun maliyyələşdirdiyi Amerikanın Neft İnstutunun (API) məlumatlarına görə, neft ehtiyatları ötən həftə 4.99 milyon barrel azalıb. Cümə günü Enerji İnformasiya İdarəsinin (EIA) açıqlayacağı rəsmi məlumatların isə ehtiyatların 4.7 milyon barrel düşdüyünü göstərməsi gözlənilir. Bu halda, ehtiyatlar yeddi həftə ardıcıl azalmış olacaqdır.


 
Neft qiymətləri, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və aralarında Rusiyanın da  olduğu tərəfdaşlarının hasilatlarını azaltmaları ilə keçən il 12 faiz bahalaşmışdı.

 

Ancaq neftin bahalaşması ABŞ-da istehsalın və ehtiyatların yenidən artmasına səbəb ola bilər. Fed-in Dallas şöbəsinin ötən həftə neft sənayesinin 42 aparıcı adı arasında keçirdiyi sorğuya görə, neft qiymətlərinin 61 dollar ilə 65 dollar arasında qalması vəziyyətində neft quyularının sayı artacaqdır.


 
Analitiklər bildirirlər ki, yaxında neft qiymətlərinin qalxması dayanacaqdır. Çünki bu səviyyədəki qiymətlər ABŞ-da istehsalın artırmasına səbəb olur. Sadəcə Şimal Dənizi və Liviyada boru kəmərləri ilə nəqlin müvəqqəti dayandırılması, ABŞ-da düşən ehtiyatlar və İrandakı etiraz aksiyaları qiymətlərə müvəqqəti təkan vermişdi. 


 
Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 2,7% yüksələrək 62 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 2.1% qalxaraq 2014-cü ilin Dekabr ayından bu yana ən yüksək səviyyəyə - 68,01 dollara qalxıb.

04.01.2018 05:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ