Gürcüstan 2018-ci ildə Rusiyadan qaz almayacaq
Gürcüstan 2018-ci ildə Rusiyadan qaz almaq niyyətində deyil. Ölkənin iqtisadiyyat naziri Dmitri Kumsişvili növbəti il üçün təbii qaz balansını təsdiq edib.
Yerli mətbuat xəbər verir ki, sənədə əsasən, ölkəyə proqnozlaşdırılan qaz tədarükü 2,689 milyard kubmetr təşkil edəcək.
Gürcüstan bu həcmin 99,65%-ni Azərbaycandan, o cümlədən onun 1,866 mlrd. kubmetrini SOCAR-dan, 813 milyon kubmetrini isə "Şahdəniz" yatağından alacaq. Yerdə qalan 0,35% (9,41 mln. kubmetr) yerli hasilat hesabına ödəniləcək.
Gürcüstan 2017-ci ildə Rusiyadan 100 mln. kubmetr qaz idxal edib. Mart ayından sonra tədarük həyata keçirilməyib.
"Qazprom"la rəsmiləşdirilən sənədə görə, Rusiya Ermənistana tədarük etdiyi qazın tranzitinə görə, Gürcüstana vergini təbii qaz qismində ödəyir. Sənəd 2018-ci ilin sonunadək qüvvədədir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























