ABŞ, neft qiyməti proqnozlarını 3 dollar qaldırdı
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) bu ilə olan neft qiymətləri proqnozlarını qaldırdığını bildirib.
"Marja" xəbər verir ki, EIA-nın "Yanvar 2018 Enerji Mənzərəsi" hesabatında, Brent tipli xam neftin qiymətinin bu il orta hesabla 60 dollar səviyyəsində olmasının gözlənildiyi qeyd olunub.
Hesabatda, ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftinin də orta hesabla qiymətinin bu il 56 dollar səviyyəsində olmasının nəzərdə tutulduğu qeyd edilib.
EIA-nın dekabrında hesabatında, bu il Brent tipli neftin barrel qiyməti 57 dollar, WTI növü neftin də 53 dollar olmasının proqnoz edildiyi bildirilmişdi. Beləliklə, hər iki neft növünün 2018 üçün orta hesabla barel qiymət proqnozu 3 dollar yuxarı qaldırılmışdır.
Hesabatda həmçinin, gələn il Brent tipli neftin orta hesabla 61 dollar, WTI növü neftin də orta hesabla 57 dollar olmasının gözləndiyi məlumatına yer verilib.
ABŞ-ın neft hasilat proqnozları
EIA, ABŞ-ın bu ilə dair xam neft istehsal proqnozunu da gündəlik orta hesabla 300 min barel yuxarı qaldırdığını bildirib.
Ölkənin builki xam neft hasilatının gündəlik orta hesabla 10,3 milyon barrel olmasının gözlənildiyi qeyd edilib.
EIA-nın dekabr ayı hesabatında ABŞ-ın xam neft hasilatının bu il gündəlik orta hesabla 10 milyon barrel olmasının proqnoz edildiyi bildirilmişdi.
Yanvar ayı hesabatında, ölkənin xam neft hasilatının 2019-da gündəlik orta hesabla 10,8 milyon barrel olmasının, Noyabr 2019-da da gündəlik orta hesabla 11 milyon bareli keçərək çıxaraq rekord qırmasının nəzərdə tutulduğu bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 7 saat sonra
-
-
8 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























