“Elektron imza”dan istifadə artır - GÖSTƏRİCİLƏR AÇIQLANDI
Artıq 5 ildən çoxdur ki, tətbiq olunan “Elektron imza” virtual məkanda proses iştirakçılarının şəxsiyyətini müəyyənləşdirir, elektron sənəd mübadiləsinin təhlükəsiz və çevik icrasını təmin edir.
“Elektron imza”nın üstünlüklərinə vaxta qənaət, məxfilik, rahatlıq, inkaredilməzlik, işgüzar münasibətlərin və əlaqələrin tamamilə elektron formata keçirilməsi daxildir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan ünvana çatdırıla bilər. Elə buna görə də, “Elektron imza”dan istifadə göstəricisi artmaqdadır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorundan "Marja"ya daxil olmuş məlumata görə, 2017-ci ildə dövlət qurumlarına 9724, fiziki şəxslərə 7412, hüquqi şəxslərə isə 9552 olmaqla, ümumilikdə 26688 “Elektron imza” sertifikatı istifadəyə verilib. Bu da 2016-cı il ilə müqayisədə 3648 sertifikat sayı çoxdur.
Məlumat üçün qeyd edək ki, “Elektron imza” sertifikatlarının istifadəyə verildiyi gündən 1 yanvar 2018-ci il tarixinə qədər olan statistikaya əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən dövlət qurumları üzrə 75674, fiziki şəxslər üzrə 24536, hüquqi şəxslər üzrə isə 26516 olmaqla, ümumilikdə 126726 “Elektron imza” sertifikatı istifadəyə verilib.
2017-ci il ərzində dövlət qurumları tərəfindən 8147916, habelə hüquqi və fiziki şəxslər tərəfindən 3318233 olmaqla, ümumilikdə 11466149 autentifikasiya və elektron imza əməliyyatları aparılıb. Bu isə 2011-ci ildən indiyə qədər aparılmış 29871550 autentifikasiya və elektron imza əməliyyatlarının 38.4%-i deməkdir.
“Elektron imza”, həmçinin “Elektron hökumət” portalının autentifikasiya vasitələrindəndir. 2017-cı il ərzində elektron imza kartları vasitəsi ilə ümumilikdə 5791005 autentifikasiya qeydə alınıb.
Qeyd edək ki, “Elektron imza” sertifikatlarını poçt filiallarından, “Şəbəkə” xidmət mərkəzlərindən, habelə Milli Sertifikat Xidməti Mərkəzinin qeydiyyat məntəqələrindən, elektron imza saytı (www.e-imza.az) və ya “Elektron hökumət” portalından (www.e-gov.az) onlayn sifarişlə əldə etmək mümkündür.
Xatırladaq ki, elektron imzadan 2012-ci ildən etibarən dövlət idarəçiliyi sahəsində geniş istifadə olunur
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)





.jpg)











