Banka borclu olan şəxslər ölkədən qaçmaq istəyərkən tutulub
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Azərbaycan ərazisində törətdikləri cinayət əməlindən yayınmaq məqsədi ilə qeyri-qanuni yollarla dövlət sərhədini pozaraq müqabil ölkə ərazisinə keçməyə cəhd edən şəxslərin aşkarlanması və saxlanılması istiqamətində tədbirlər davam edir.
DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, bu il yanvarın 4- də Azərbaycan vətəndaşları - 11.01.1983-cü il təvəllüdlü Xasməmmədov Sənan Səməd oğlu və 06.08.1981-ci il təvəllüdlü Xasməmmədov Elvin Azər oğlu Ağstafa rayonunun Sadıxlı kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Gürcüstana keçməyə cəhd göstərərkən saxlanılıblar.
Aparılmış araşdırmalar nəticəsində saxlanılan hər iki şəxsin müxtəlif banklara borclu olduqlarına görə məhkəmə qərarı ilə ölkədən çıxışlarının məhdudlaşdırılması və bu səbəbdən onların ölkə ərazisini qeyri-qanuni yolla tərk etməyə cəhd göstərmələri məlum olub.
Yanvarın 8-də isə Azərbaycan vətəndaşı, 18.06.1985-ci il təvəllüdlü Orucov Xəqani Soltan oğlu Qusar rayonunun Samur qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Rusiya Federasiyasına keçməyə cəhd göstərərkən saxlanılıb.
Aparılmış ilkin araşdırma nəticəsində onun törətdiyi cinayət əməlinə görə «axtarış»da olması müəyyənləşdirilib.
Hazırda hər iki fakt üzrə cinayət işi başlanılaraq müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
33 d. əvvəl
"İmagro" şirkəti "Caspian Agro 2024"də dünyanın məşhur brendlərinin texnikalarını nümayiş etdirir
-
1 saat əvvəl
“AZZA”nın qidalarının daşınma zamanı təravətli qalmasının sirri məlum olub
- 1 saat əvvəl
-
1 saat əvvəl
"SuperToys" şirkətindən analar və uşaqlara sürpriz - FOTOLAR
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Effektinvest"in zəmanətsiz istiqrazlarına 4 investor 4 sifariş təqdim edib
- 2 saat əvvəl
-
4 saat əvvəl
"Rabitəbank"ın istiqrazlarına 7 investor 7 sifariş təqdim etdi
-
4 saat əvvəl
Peşə Təhsil Mərkəzində İngiltərə təcrübəsindən istifadə ediləcək
-
4 saat əvvəl
Leobank və Visa Parisdə keçiriləcək Olimpiya Oyunlarına 2 səyahət paketi hədiyyə edir
-
6 saat əvvəl
Beynəlxalq Enerji Agentliy qlobal neft bazarında kəsir proqnozşlaşdırır