SOCAR-AQŞ "Bulla"da növbəti quyuda qazma işlərinə başlayıb
SOCAR-AQŞ "BULLA" YATAĞINDA NÖVBƏTİ QUYUDA QAZMA İŞLƏRİNƏ BAŞLAYIB
“SOCAR-AQŞ” 6 saylı stasionar dəniz özülündən layihə dərinliyi 6200 m olan 113 saylı quyuda qazma işlərinə başlayıb.
Qeyd edək ki, 113 saylı quyunun Məhsuldar qatın VIII-ci horizontuna qazılması planlaşdırılır.
“Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR-AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir”,- şirkətin məlumatında deyilir.
Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.
Hal-hazırda SOCAR-AQŞ dayaz sulu “Günəşli” yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, “Ümid” yatağının 1 saylı və “Bulla” yatağında 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
6 saat əvvəl
"PAŞA Kapital"ın gəlirləri artıb, ötən ili mənfəətlə başa vurub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
8 saat əvvəl
Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!
-
9 saat əvvəl
ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatdı!
- 9 saat əvvəl