SOCAR-AQŞ "Günəşli" yatağında növbəti quyuda qazma işlərinə başlayıb
Müəssisə "Günəşli" yatağındakı 7 saylı stasionar dəniz özülündən 320 saylı quyuda qazma işlərinə başlayıb.
320 saylı quyunun Fasilə Lay Dəstəsinə (FLD) qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 2950 metr təşkil edir.
"Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR-AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir",- şirkətin məlumatında deyilir.
Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.
Hal-hazırda SOCAR-AQŞ dayaz sulu "Günəşli" yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, "Ümid" yatağının 1 saylı və ‘’Bulla’’ yatağında 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) ‘qazma işləri aparır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 9 saat əvvəl
-
10 saat əvvəl
Yerli brend kişilərdən ibarət Azərbaycan milli komandasının sponsoru oldu - ANLAŞMA
- 10 saat əvvəl
-
11 saat əvvəl
Qusar meşəsində villa tikmək üçün ağaclar kəsilib? - Rəsmi açıqlama
- 11 saat əvvəl
-
11 saat əvvəl
İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
- 12 saat əvvəl