ABŞ-da neft hasilatı artır
ABŞ-ın kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə 1,1 milyon barrel azalıb.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 1,1 milyon barrel (0,3 faiz) azalaraq 411,6 milyon barrelə gerilədiyini açıqlayıb.
"Marja" xəbər verir ki, bazar gözləntisi ehtiyatların 1 milyon barrel azalacağı istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 6,9 milyon barrel azalma qeyd etmişdi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə 0,2 milyon barel artaraq 664,5 milyon barelə yüksəlib.
ABŞ-ın həftəlik benzin ehtiyatları isə 3,1 milyon barel (1,3 faiz) artaraq 244 milyon barelə çatıb.
Benzin ehtiyatlarına dair bazar gözləntisi 2,5 milyon barel artım olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 3,6 milyon barrel qalxmışdı.
ABŞ-ın xam neft ixracı da keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 162 min barel artımla 1,41 milyon barelə, xam neft idxalı da gündəlik orta hesabla 91 min barel artımla 8,04 milyon barelə çatıb.
XAM NEFT HASİLATI YÜKSƏLİB
Ölkənin xam neft hasilatı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 128 min barel artımla 9,88 milyon barelə yüksəlib.
ABŞ-ın xam neft ehtiyatlarındakı azalmaya baxmayaraq hasilatın artması qlobal bazarlarda neft qiymətlərinin aşağı düşməsinə səbəb olmuşdur.
Bakı vaxtı ilə saat 21:00-a olan məlumata görə, Brent neftin qiyməti 69,75 dollara, ABŞ-ın Qərbi Texas (WTI) tipli neftinin qiyməti 64,79 dollara qədər düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















