Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Makromart” mağazaları “Bazarstore” brendi ilə fəaliyyət göstərəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Makromart” mağazaları “Bazarstore” brendi ilə fəaliyyət göstərəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 “Azərsun Holding” Şirkətlər qrupu “Makromart” marketlər şəbəkəsini alıb.


Bunu "Marja"ya holdinqin İctimaiyyətlə Əlaqələr və Sosial xidmətlər departamentinin sədri Afiq Səfərov da təsdiqləyib.

 

"Bu məlumat doğrudur. Hazırda da satınalma üzrə danışıqlar davam edir",- o deyib. 

 

Foodinfo.az portalının əldə etdiyi məlumata görə, “Makromart”a aid mağazalarının hamısı “Bazarstore” brendi ilə fəaliyyət göstərəcəkdir. Qeyd edək ki, “Makromart” şəbəkəsi 17 mağazadan ibarətdir.

 

“Makromart” supermarketlər şəbəkəsi Azərbaycanda 2009-cu ildən fəaliyyətə başlayıb. Ölkənin qabaqcıl qida sənayəsinə sahib olan “Azərsun Holding” MMC-yə aid “Bazarstore” isə 2011-ci ildən fəaliyyətdədir.

 

Qeyd edək ki, ötən aylarda “Araz” marketlər şəbəkəsinə sahib olan “Veysəloğlu” şirkəti də “Favorit” marketlər şəbəkəsini satın almışdı.

29.01.2018 13:17

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18