“AzNar” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
7 aprel 2018-ci il saat 15.00-da Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda Teymur Əhmədov adına “AzNar” QSC-nin inzibati binasında Teymur Əhmədov adına “AzNar” QSC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Növbəti ümumi yığıncağın gündəliyi:
1.Teymur Əhmədov adına “AzNar” QSC-in 2017-ci il üçün illik (maliyyə) hesabatları barədə.
2.Teymur Əhmədov adına “AzNar” QSC-nin nizamnaməsinin yeni (altıncı) redaksiyada təsdiq edilməsi barədə.
3.Teymur Əhmədov adına “AzNar” QSC-nin direktorlar şurası barədə.
4.Teymur Əhmədov adına “AzNar” QSC-nin icra orqanı barədə.
Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar ümumi yığıncağın çağırılmasına 30 (otuz) gün qalmış gündəliyin layihəsinə dair təkliflər vermək və ümumi yığıncağa 15 (on beş) gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq sənədlərlə tanış ola bilərlər. Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidirlər.
Həmçinin, 7 aprel 2018-ci il saat 16.00-da Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda Teymur Əhmədov adına “AzNar” QSC-nin inzibati binasında ləğv prosesində olan “Az-Nar” Qapalı Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Qeyd edək ki, Teymur Əhmədov adına “AzNar” QSC və “Az-Nar” QSC ayrı-ayrı şirkətlərdir.
Növbədənkənar ümumi yığıncağın gündəliyi:
1.Ləğv prosesində olan “Az-Nar” QSC-nin aralıq balansı haqqında.
2.Ləğv prosesində olan “Az-Nar” QSC-nin əmlakı haqqında.
3.Ləğv prosesində olan “Az-Nar” QSC-nin ləğv edilməsi ilə bağlı qanunamüvafiq tədbirlərin həyata keçirilməsi haqqında.
Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar növbədənkənar ümumi yığıncağın çağırılmasına 15 (on beş) gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq materiallarla Teymur Əhmədov adına “AZNAR” QSC-nin inzibati binasında tanış ola bilərlər. Növbədənkənar ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Honda elektrik avtomobillərinə 65 milyard dollar sərmayə yatıracaq
-
1 gün əvvəl
Mərkəzi Bank: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
-
1 gün əvvəl
Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
-
1 gün əvvəl
Teplovozlardan biri Bakıya çatdırılıb - ADY lokomotiv parkını sağlamlaşdırır
-
1 gün əvvəl
Azərbaycanda özbaşına inşa edilmiş mənzillərlə bağlı hüquqi sənədlər hazırlanır
- 1 gün əvvəl