Bu dövlət Azərbaycana ən çox mal satan ölkələrdən birinə çevrildi – SÜRƏTLƏ İRƏLİLƏYİR
Azərbaycan ən çox malları Rusiya, Türkiyə və Çindən alır. Ötən ildən başlayaraq idxalda əsas ölkələr sıralamasında irəliləyən bir ölkə var – Belarus.
“Marja”nın Dövlət Gömrük Komitəsinin hesabatlarından topladığı məlumatlara görə, ötən ilin İyun ayında siyahıda 12-ci yerdə, Dekabrında isə 14-cü yerdə olan Belarus 2018-ci ilin Yanvarında 4-cü yerə qalxıb. Yəni Yanvarda Belarus Azərbaycanın ən çox mal aldığı 4-cü ölkə olub.
Ötən ilin 6 ayında Azərbaycanın Belarusdan idxalı 59,7 milyon dollar ikən, təkcə bu ilin 1 ayında bu ölkədən idxal 55,9 milyon dollar təşkil edib.
Tam 2017-ci ildə Belarusdan idxal 130,2 milyon dollar təşkil edib. 2016-cı ilin yanvarında, həmçinin 2016-cı ilin yekununda (12 ay üzrə) 15 ölkədən ibarət olan “İdxalda əsas ölkələr” siyahısında Belarusun adı yox idi.
2016-cı illə müqayisədə 2017-ci ildə Azərbaycanın ən çox mal aldığı 15 ölkə siyahısından Sinqapur və Çexiya çıxıb. Əvəzində isə Belarus və Türkmənistandan daha çox mal almağa başlamışıq.
Böyük Britaniya və ABŞ-dan idxalımız kəskin azalıb.
Azərbaycanın ən çox mal ixrac etdiyi 15 ölkədən ibarət siyahıda (İxracda əsas ölkələr) Belarusun adı yoxdur.
Qeyd edək ki, marketlərdə Belarusdan idxal olunmuş qida və qeyri-qida məhsulları artıq daha çox gözə dəyir. Həmçi.nin Bakıda bir neçə ünvanda Belarusun mağazalar şəbəkəsi fəaliyyət göstərir. Əksər Belarus məhsulları keyfiyyətli olmaqla bərabər, qiymətləri də münasibdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 d. əvvəl
-
11 d. əvvəl
Bank bankomatlarda insidentlərin monitorinqi üzrə proqram təminatı satın alır
-
14 d. əvvəl
Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Direktor, müavini və şöbə müdiri cinayət başında yaxalanıblar
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Unibank “Yaşıl layihələr”in dəstəklənməsi istiqamətində əməkdaşlığa başlayıb
-
18 saat əvvəl
“Valyuta bazarında kəskin tələb artımı yoxdur” - MƏRKƏZİ BANKIN SƏDRİ
- 18 saat əvvəl