Azərbaycanın yağ bazarında rəqabət artır - “Liqui Moly” Audi-yə sığındı
“AUDI Azərbaycan” və Almaniyanın mühərrik yağları və qatqıları üzrə brendi “Liqui Moly” birgə əməkdaşlıq haqda razılığa gəliblər.
Artıq “Liqui Moly” “Audi” şirkətini yağlar, qatqılar və digər çoxsaylı mayelərlə təmin edəcəkdir.
Əməkdaşlıqla bağlı ictimaiyyətə məlumatı “Liqui Moly” şirkətinin Şərqi Avropa ölkələri üzrə satış meneceri Andreas Maydel, “Audi”nin Azərbaycan üzrə idxalçısı, “Europian Cars” şirkətinin direktoru Fərid Aslan və “Liqui Moly”nin Azərbaycan təmsilçisi olan “Azinterservice Co” şirkətinin baş meneceri Azər Məmmədov çatdırıb.
İlk öncə “Azinterservice Co” şirkəti barədə məlumat verən A.Məmmədov bildirib ki, Azərbaycan bazarında “Liqui Moly” şirkətini təmsil edir.
“Europian Cars” şirkəti ilə yeni yaradılmış əməkdaşlığımız da qeyd etdiyim prinsiplər əsasında qurulub. Ümid edirəm ki, bu tərəfdaşlıq həm dəyərli partnyorumuz, həm də bütün “Audi” sevərlər üçün böyük fayda verəcək”, - deyə A.Məmmədov vurğulayıb.
Daha sonra çıxış edən “AUDI Azərbaycan” şirkətinin direktoru F.Aslan qeyd edib ki, “Liqui Moly” məhsulları “Audi”nin öz təchizatçılarından tələb etdiyi yüksək standartlara cavab verir.
“6 ildir Azərbaycanda “Audi”nin yeganə idxalçısıyıq. İlk növbədə avtomobillərin yüksək keyfiyyəti, müştərilərə yüksək xidmət və təbii ki, bizim çalışdığımız partnyorların bizi yüksək keyfiyyətli məhsul ilə təmin etməsidir. LIQUI MOLY məhsulları, AUDI-nin öz təchizatçılarından tələb etdiyi yüksək standartlara cavab verir. Belə bir partnyorla əməkdaşlıq bizim üçün çox xoşdur”, - deyə F.Aslan əlavə edib.
“Liqui Moly” Azərbaycanda 20 ildir fəaliyyət göstərdiyini qeyd edən şirkətin Şərqi Avropa ölkələri üzrə satış meneceri A.Maydel “Liqui Moly”nin Azərbaycandakı dövriyyəsi bir neçə Avropa ölkəsindən daha böyük olmağını vurğuladı.
“Bir çox rəqiblərimiz arasında Azərbaycan kimi ölkələrə xüsusi diqqətin yetirilməməsi müşahidə olunur. Lakin biz bu ölkədə böyük imkanları çox-çox əvvəl görmüşdük və özəl yanaşma strategiyamız özünü doğrultdu. Almaniyada 60 il öncə şirkətimizi qurmuşuq və biz ən yaxşı şirkət olaraq tanınırıq. “Audi” ilə əməkdaşlıqdan məmnunuq. “Liqui Moly” şirkətinin daxili qanununlarına əsasən, bütün məhsullar yalnız Almaniyada istehsal olunur. Bu da öz növbəsində uğurun bir hissəsidir. Azərbaycandakı sürücülərin əldə etdikləri “Liqui Moly” yağları və qatqıları Almaniyadakı sürücülərin istifadə etdikləri məhsullarla tamamilə identik məhsullardır. Müvəffəqiyətin daha bir amili odur ki, “Liqui Moly” özünü yalnız yağ və qatqıların satıcısı kimi deyil, eyni zamanda fərdi sürücülərə, yağdəyişmə və servis məntəqələrinə maksimal fayda və verimlilik zəmanətçisi olaraq təqdim edir. Müvafiq olaraq “Liqui Moly” öz məhsullarının istifadə qaydası və son texnoloji yeniliklər haqqında məlumatların çatdırılması məqsədi ilə mütəxəssislər üçün çoxsaylı tədris proqramları və təlimlər təşkil edir”, - deyə A.Maydel qeyd edib.
“Liqui Moly” bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da öz məhsullarının satışını bazara bir başa yox müstəqil idxalçı partnyorlar vasitəsi ilə həyata keçirir. Bakıda bu partnyor “Azinterservice Co.” firmasıdır.
Ənənəvi olaraq “Liqui Moly”-nin avtomobil istehsalçıları, xüsusən də Alman şirkətləri ilə çox sıx münasibətləri olur. Almaniyada AUDI və “Liqui Moly” şirkətlərinin baş qərargahları bir birindən təxminən iki saatlıq məsafədə yerləşir. Bu da sıx əməkdaşlığın əsas səbəblərindən biridir.
Belə bir əməkdaşlıq zəruriyyəti müasir mühərriklərdə yağlara qoyulan çoxsaylı tələblərdən irəli gəlir: yağ yalnız yağlama deyil, həm də mühərrikin təmizlənməsi, korroziyadan müdafiə funksiyasını yerinə yetirməklə, geniş temperatur diapazonlarında işləməli, daxili sürtünməni azaltmalı və nəticədə əvvəlki illərə nisbətən mühərrikin yağ dəyişmə intervallarının uzadılmasına imkan yaratmalıdır. Bu səbəbdən müasir mühərrik yağları artıq sadəcə universal yağlayıcılar deyil, hər bir mühərrik üçün məxsusi olaraq özəl lahiyəndirilmiş maye halında olan “ehtiyat hissəsidir”. Yanlış yağ istifadəsi yanlış ehtiyat hissənin quraşdırılmasına bənzəyir.
A.Maydel vurğulayıb ki, bu, ən uğurlu əməkdaşlıq modelidir: “Biz ən yüksək keyfiyyətli yağlara və mayelərə, “Azinterservice Co.” isə mükəmməl bazar biliklərinə malikdir”.
Qeyd edək ki, Azərbaycanın yerli yağ brendləri "Technol" və "Aminol" bazara daxil olduqdan sonra rəqabət arıb. Həmçinin AMEA-nın Yüksək Texnologiyalar Parkında AMEA və Böyük Britaniyanın "Millers Oils Ltd." şirkətinin birgə təsis etdiyi "Millers Oils Azerbaijan" şirkəti də mühərrik yağları istehsalına başlayıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 9 saat sonra
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
5 saat əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
5 saat əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
6 saat əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
-
6 saat əvvəl
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
-
6 saat əvvəl
PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəkləyib
-
6 saat əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Ən çox oxunanlar
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ






.jpg)














.jpg)
