Kirayə qalmaq, yoxsa kreditlə ev almaq?
Kirayə mənzillərdə qalan insanların ən böyük arzusu öz evlərinin olmasıdır. Amma gəlirlərinin az olması bu arzularının gerçək olmasını çətinləşdirir. Çünki onların nağd mənzil almaq üçün kifayət qədər büdcələri yoxdur. Kreditlə mənzil almağa gəlincə isə…. bu bir çoxlarına qəliz gəlir. Daha doğrusu qəliz deyil, qərar qəbul edərkən çətinlik çəkilir.
“Görəsən kreditlə ev alsam, hər ay pulu ödəyə biləcəm?”, “15-20 il kredit vermək çox deyil?!” və.s bu kimi sualları minlərlə kreditə mənzil almaq istəyən insanlar özlərinə verir. Beləliklə kirayə evdə qalmaq, yoxsa daha cəsarətli davranıb kreditlə şəxsi mənzil sahibi olmaq insanları düşündürən önəmli məsələlərdəndir. Görəsən hansı daha sərfəlidir?
Təbii ki, insanların büdcəsinə və gündəlik xərclərinə görə hansı tərəfə daha yaxın olduğu dəyişir. Ancaq yaşayacağınız evi kreditlə almaq ən doğru qərardır. Niyə bu ən doğru qərardır?!
Gəlin qısa bir hesablama ilə fərqə baxaq. Kirayə qalmaqmı yoxsa kreditlə mənzil sahibi olmaqmı? Hansı daha sərfəlidir.
Kreditlə mənzil alsaq…
Ən sərfəli və rahat kredit şərtləri ilə mənzillər təklif edən “Melissa Park”ın kredit şərtləri ilə hesablamamıza başlayaq.
Öncəliklə kreditlə mənzil sahibi olmaq üçün əlinizdə biraz nağd pul olması lazımdır. 1 otaqlı mənzil sahibi olmaq üçün 20 faiz ilkin ödəniş edək- təqribən 7.000 manat.
Hər ay 199 manat kredit ödəmək şərti ilə 25 illik kredit götürdüyümüzü nəzərə alsaq 25 ilin sonunda 59.700 manat (199 x 12 x 25= 59.700) olacaqdır. Üstəgəl ilkin ödəniş təxminən 7.000 manat (59.700 +7.000=66.700). Yəni ümumilikdə 66.700 manat ödəməklə mənzil sahibi olacaqsınız. 25 ilin sonunda evinizin qiymətinin artacağını da unutmayaq. 10 il bundan öncə təqribən 35min manata 1 otaqlı mənzil sahibi olmaq mümkün idisə, bu gün bu qiymət 70 min manat civarındadır. Yəni iki misili. 10 il bundan sonra isə bir otaqlı evin qiymət 140-150 min manata qədər qalxacağı heç kimdə şübhə doğurmur. Demək 25 il sonra həm şəxsi mənziliniz olacaq, həm də mülkünüzün qiyməti aldığınızdan iki qat daha çox olacaq.
Kirayə mənzildə qalsaq…
1 otaqlı mənzildə kirayə qaldığınızı düşünüb hesablamağa başlayaq.
Bildiyimiz kimi Bakı şəhərində 1 otaqlı mənzillərin kirayəsi 250 manat civarındadır. Hər ay 250 manat kirayə haqqı verdiyimiz durumda 25 ilin sonunda (250 x 12 x 25 = 75.000) 75.000 manat ev sahibinə ödəmiş oluruq.
Nəticə…
Hesabladığımız kimi kirayə qaldığımız durumda 25 ilin sonunda 75.000 manat, kreditlə mənzil aldığımız durumda isə 25 ilin sonunda 66.700 manat ödəmiş oluruq. Deməli kirayə qalmaq bizə (75.000- 66.700=8.300) 8 min manat baha başa gəldi. Həm ev sahibi olmaqdan, həm də aldığımız evin 25 il sonra qazanacağı dəyərdən məhrum olduq. Bu müddətdə “ev sahibi” kaprizlərini də nəzərə alaq…
İndi isə qərarı özünüz verin – kirayədə qalmaq, yoxsa kreditlə ev almaq?!
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
17 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb













.jpg)


.jpg)







