Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Rejimin təhlükəsizliyinə zəmanət verilsə, Şimali Koreya tərksilaha hazırdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Rejimin təhlükəsizliyinə zəmanət verilsə, Şimali Koreya tərksilaha hazırdır"

Cənubi Koreyanın "Yonhap" xəbər agentliyi, Seul rəhbərliyinin açıqlamalarına istinadən yaydığı xəbərinə görə, iki ölkə, aprelin sonunda liderlərin iştirak edəcəyi bir zirvə göüşü keçirmək məsələsində razılaşıb.
 

"Marja" xəbər verir ki, Cənubi Koreya Prezidenti Moon Jae-in-in təhlükəsizlik üzrə müşaviri Chung Eui-yong, zirvə görüşünün iki ölkə sərhədindəki Panmunjeom birgə təhlükəsizlik zonasında keçirilməsinin qərara alındığını açıqlayıb.
 

Reklam_3_11

Həmçinin Şimali Koreya rəhbərliyinin Cənubi Koreyaya qarşı nüvə silahı istifadə etməməyə, ABŞ ilə razılaşdırılarsa (rejimin təhlükəsizliyinə zəmanət verilsə) nüvə və raket sınaqlarını dayandırmağa söz verdiyi bildirilib.
 

Həmçinin iki ölkənin, liderlər arasında məsləhətləşmələr aparmaq və hərbi gərginliyi azaltmaq üçün xüsusi xətt yaradılmasına da qərar verdiyi qeyd edilib.
 

ŞİMALİ VƏ CƏNUBİ KOREYA SƏMİMİ BİR GÖRÜŞ KEÇİRİB
 

Şimali Koreya lideri Kim Jong-un, Cənubi Koreya Prrzidenti Moon Jae-in tərəfindən göndərilmiş heyətlə Pyongyangda "səmimi" söhbət etdiyi bildirilib.
 

KCNA agentliyinin xəbərində, Kimin heyətlə axşam yeməyində də bir yerdə olduğu qeyd edilib.
 

Kim-in, 4 saat davam edən ziyafətdə "yenidən birləşmə" və daha yaxın münasibətlər təsis etmək barədə istəyini ifadə etdiyi qeyd edilib.
 

Cənubi Koreyadan verlən bəyanatda da iki tərəfin gələcəkdə danışıqlara davam etmək məsələsində razılığa gəldikləri dilə gətirilib

07.03.2018 05:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ