Mühüm qərar açıqlandı
Avropa Mərkəzi Bankı bu gün keçirilmiş toplantısında gözlənildiyi kimi faizləri dəyişdirmədi.
Avropa Mərkəzi Bankı Mart ayı toplantısında faiz dərəcələrində və aktiv alışı proqramında gözlənildiyi kimi dəyişikliyə getmədi.
"Marja" xəbər verir ki, Bank pul siyasəti faizini 0%-də, depozit faizini mənfi 0.40%-də, marginal borcvermə faizini isə 0.25%-də saxlayıb.
İqtisadçılar Avropa Mərkəzi Bankının faiz nisbətlərində dəyişikliyə getməsini gözləmirdilər.
Mərkəzi Bankın açıqlamasından "İqtisadi vəziyyət pisləşərsə lazım olduğu halda istiqraz alışlarının miqdarı artırıla bilər" ifadəsi çıxarılıb. Qeyd edilib ki, lazım gələrsə istiqraz alışları (monetar təşviq) daha uzun müddətə davam edə bilər. Əsas məsələ inflyasiyanın hədəfə çatmasıdır. İlk öncə, bu dəyişiklik pul siyasətinin sərtləşdiriləcəyi ehtimalını gücləndirib.
Avropa Mərkəzi Bankı aylıq 30 milyard avroluq qiymətli kağızlar alır (Quantitative easing-QE). Alışlar sentyabr ayına qədər davam edəcək.
Qərardan sonra Avro bahalaşıb. Avro/dollar məzənnəsi, Avropa Mərkəzi Bankının (AMB) Mart toplantısında ənənəvi bəyanatından "Lazım olması vəziyyətində istiqraz alışlarının miqdarının artırıla bilinəcəyi" ifadəsinin çıxarılması ilə yüksəlib və 0.2 faiz qalxaraq 1.2442 səviyyəsinə çatıb. Lakin sonra, 17:30-da Avropa Mərkəzi Bankının sədri Mario Draghi-nin mesajları ilə Avro yenidən ucuzlaşıb və Bakı vaxtı ilə 18:50-da 1.2378 olub. Ətraflı: http://marja.az/news/21758
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 saat əvvəl
PRİME AGENCY şirkəti nüfuzlu EVENTEX AWARDS 2024 müsabiqəsinin qaliblərindəndir
- 7 saat əvvəl
-
11 saat əvvəl
"Bizim işlənmiş neft məhsulundan yeni məhsullar əldə etmək layihəmiz var"
- 22 saat əvvəl
-
23 saat əvvəl
Yerli brend kişilərdən ibarət Azərbaycan yığma komandasının sponsoru oldu - ANLAŞMA
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qusar meşəsində villa tikmək üçün ağaclar kəsilib? - Rəsmi açıqlama
- 1 gün əvvəl
-
1 gün əvvəl
İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək
- 1 gün əvvəl
- 1 gün əvvəl