Avstraliya ABŞ-dan şikayət etməyəcək
Avstraliya polad və alüminium ixracına tətbiq edilən rüsumlarla əlaqədar ABŞ-dan Dünya Ticarət Təşkilatına (DTT) mümkün şikayətlərə qoşulmayacaq.
Bu barədə Baş nazir Malkolm Ternbull jurnalistlərə müsahibəsində bildirib. Baş nazir mövqeyini onunla izah edib ki, ABŞ administrasiyası Avstraliyanı rüsumların tələb edilməyəcəyi ölkələrin “ağ siyahısına” daxil etmək niyyətindədir.
Baş nazir deyib: “KİV-lərdə yayılan ehtimallardan mənə məlumdur ki, DTT üzvü olan bir sıra ölkələr ABŞ-ın yeni tarifləri ilə bağlı müəyyən addımlar atmağı düşünürlər. Lakin bu məsələdə ölkəmizə edilən güzəştə görə, bizim şikayət üçün heç bir əsasımız yoxdur”.
Avstraliyanın Baş naziri Vaşinqtonun Kanberraya bu güzəşti iki ölkə arasında təhlükəsizlik sahəsində mövcud razılaşmanın bəzi müddəalarını dəyişmək müqabilində etmək qərarına gəldiyi barədə şayiələri də rədd edib. M.Ternbull qeyd edib ki, mövcud təhlükəsizlik razılaşmasının dəyişdirilməsi və ya ona əlavələr barədə ABŞ tərəfdən heç bir sorğu daxil olmayıb.
Xatırladaq ki, ABŞ Prezidenti martın 8-də poladəritmə və alüminium sənayesi məhsullarının ixracına 15 gün sonra gömrük rüsumlarının tətbiqi barədə sərəncam imzalayıb. Rüsumların miqdarı polad üçün 25 faiz, alüminium üçün isə 10 faiz müəyyən edilib. Eyni zamanda, o, bir sıra ölkələrin, o cümlədən Kanada, Meksika və Avstraliyanın gömrük yığımlarından azad ediləcəyini də bildirib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş olub
-
6 saat əvvəl
"Effektinvest" MMC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil edilib
-
6 saat əvvəl
AccessBank Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib
- 7 saat əvvəl
- 7 saat əvvəl