Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Avro 1.21 dollara kimi ucuzlaşa bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro 1.21 dollara kimi ucuzlaşa bilər

Dünya maliyyə bazarlarında aparıcı valyutaların dollara nisbətən qiymətlərində ucuzlaşma zəif qiymətləndirilsə də, bu sürətlənə də bilər.


 

Reklam_3_11

EUR

 

Dünya birjalarında EUR/USD məzənnəsi keçən həftə ərzində 1.2260$-a kimi ucuzlaşıb və qiymət 1.2300$-ın altında qaldıqca, 1.2240$ və 1.2198$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

 

Bununla yanaşı, bu həftənin çərşənbə günü Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avropa iqtisadiyyatı fonunda gözləntilər (“ZEW” indeksi) və cümə axşamı saat 13:00-da Avropanın xidmət və sənaye sektorları ilə bağlı biznes mühiti indeksi də investorlar tərəfindən böyük maraqla gözlənilir.

 

GBP

 

GBP/USD məzənnəsi isə keçən həftə ərzində 1.3888$-a kimi ucuzlaşdıqdan sonra cümə günü 1.3927$-a kimi bahalaşıb. Lakin burada da təhlillərə əsasən, qiymət 1.3954$-ın altında qaldıqca, 1.3888$-ın yenidən aşağı istiqamətdə qırılması ilə eniş dalğası 1.3819$-a kimi sürətlənə bilər.

 

Çərşənbə axşamı saat 13:30-da İngiltərədə dərc ediləcək inflyasiya ilə bağlı önəmli statistik məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.

 

TRY

Türkiyə bazarlarında USD/TRY məzənnəsi 3.9259TL-ə kimi bahalaşıb və 3.9450TL-ə kimi də bahalaşa bilər. Dünya birjalarında keçən həftə ərzində dollarda bahalaşma Türkiyə maliyyə bazarlarında da özünü göstərib.

 

OIL

Enerji bazarlarında isə neft qiymətlərinə müsbət tendensiya müşahidə edilməkdədir. Belə ki, Avropanın Brent neftinin bir barel qiyməti 66.55$-a kimi dəyər qazanıb və qiymət 64.90$-ın üzərində qaldıqca, 67.24$-a kimi də dəyər qazana bilər.

 

GOLD

Əlvan metallar bazarlarında qızılın bir unsiyası üzrə qiyməti 1309$-a (42.0 $/qram) kimi ucuzlaşıb və 1301$ (41.7 $/qram) və 1294$-a (41.5 $/qram) kimi də dəyər itirə biləcəyi ehtimal edilir.



 İŞ SAATINDAN SONRA ƏLAVƏ GƏLİR QAZANA BİLƏRƏM? ƏTRAFLI

 


Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

 

19.03.2018 04:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ