Türk lirəsi 0,5% ucuzlaşdı
Keçən həftə Dekabrdan bəri ilk dəfə 3.90 səviyyəsini keçərək tarixi rekord səviyyələrinə yaxınlaşan Dollar/Türk Lirəsi (TL) məzənnəsi yeni həftəyə da yüksəlişlə başlayıb. Bu gün artıq məzənnə 3.92-dən 3.9435-ə qədər yüksəlib.
"Marja" xəbər verir ki, Türk Lirəsi bu gün 0.5% ucuzlaşaraq dollar qarşısında ən çox dəyər itirən 2-ci pul vahidi olub.
Ötən həftə rekord qıran və 4.83 ilə tarixi zirvəni test edən Avro/TL məzənnəsi isə bu gün 4.8402 ilə bütün zamanların ən yüksək səviyyəsini görüb.
Mütəxəssislər ötən həftə lirənin ucuzlaşamasını bəzi makroiqtisadi göstəricilərdə pisləşmə, geosiyasi narahatlıqlar ilə əlaqələndirirdilər.
Bu həftə qlobal bazarlar Fed-in qərarına fokuslanıb. ABŞ Mərkəzi Bankının (Fed) bu həftə ilin ilk faiz artımını həyata keçirəcəyi gözənilir. Fed-in bu il 3 əvəzinə 4 dəfə faiz artıracağına dair bir siqnal verməsilə dolların bahalaşması davam edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 saat sonra
-
-
4 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
12 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 13 saat əvvəl
-
13 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
15 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)









.jpg)







