Azərbaycan və Rusiya arasında pul köçürmələrinin həcmi artıb
2017-ci ildə fiziki şəxslər tərəfindən pul köçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında transsərhəd pulköçürmələrin həcmi 595,6 mln. dollar təşkil edib.
Rusiyan Mərkəzi Bankının məlumatına görə, bu, 2016-cı il ilə müqayisədə 30,6 mln. ABŞ dolları və ya 5,42% çoxdur.
2017-ci ildə Rusiya və Azərbaycan arasında pul köçürmələrin həcmi I rübdə 116,1 mln. dollar, II rübdə 165,2 mln. dollar, III rübdə 155,4 mln. dollar və IV rübdə 158,9 mln. dollar olub. Göründüyü kimi, ötən il Rusiya və Azərbaycan arasında pul köçürmələr daha çox II rübdə, ən az isə I rübdə olub.
Hesabat dövründə Rusiyadan Azərbaycana 531,3 mln. ABŞ dolları məbləğində vəsait köçürülüb ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 48,3 mln. ABŞ dolları və ya 10% çoxdur. Ötən il şimal qonşumuzdan ölkəmizə hər əməliyyat üzrə orta hesabla 512 ABŞ dolları köçürülüb.
Rüblər üzrə Rusiyadan Azərbaycana pul köçürmələrinə nəzər salanda məlum olur ki, ötən il bu dövlətdən ölkəmizə ən az pul köçürmələri I rübdə, ən çox II rübdə qeydə alınıb. Belə ki, şimal qonşumuzdan ölkəmizə I rübdə 100 mln. dollar, II rübdə 149,6 mln. dollar, III rübdə 140,2 mln. dollar və IV rübdə 141,4 mln. dollar vəsait daxil olub.
Azərbaycandan Rusiyaya pul köçürmələrinə gəlincə, 2017-ci ildə ölkəmizdən şimal qonşumuza 64,3 mln. ABŞ dolları məbləğində vəsait daxil olub, bu zaman hər əməliyyat üzrə orta hesabla 469 ABŞ dolları köçürülüb. 2016-cı il ilə müqayisədə ötən il Azərbaycandan Rusiyaya pul köçürmələri 17,7 mln. ABŞ dolları və ya 21,59% azalıb.
Hesabat dövründə Azərbaycandan Rusiyaya I rübdə 16,1 mln. dollar, II rübdə 15,6 mln. dollar, III rübdə 15,2 mln. dollar və IV rübdə 17,4 mln. dollar pul köçürülüb. Beləliklə, ötən il Azərbaycandan Rusiyaya ən az pul köçürmə III rübdə, ən çox pul köçürmə IV rübdə olub.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 saat əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında görüş keçirilib
- 16 saat əvvəl
-
19 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 19 saat əvvəl
-
19 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
19 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
19 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
21 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır