Sığorta bazarı bir neçə əldə cəmləşir - TƏMƏRKÜZLƏŞMƏ
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda toplanmış 131,347 milyon manat sığorta haqqının 62,35%-i "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" şirkətlərinin payına düşüb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistika hesabata görə, "PAŞA Holdinq"ə daxil olan bu şirkətlər müvafiq olaraq 49,454 milyon manat (37,65%) və 32,446 milyon manat (24,7%) sığorta haqqı toplayıblar.
5 sığorta şirkəti bazarın 75%-nə, 10 şirkət isə 95%-ə yaxınına nəzarət edir.
Daxilolmaların məbləğinə görə, 3-cü yerdə 6,567 milyon manatlıq (5%) göstərici ilə "İpək Yolu Sığorta" şirkəti, 4-cü yerdə 6,246 milyon manatlıq (4,8%) göstərici ilə "Atəşgah Həyat Sığorta" şirkəti, 5-ci yerdə isə 5,65 milyon manatlıq (4,3%) göstərici ilə "Meqa Sığorta" şirkəti qərarlaşıb. İlk 5-liyə daxil olan şirkətlərin ümumi yığımları 100,363 milyon manat təşkil edib ki, bu da bazarın 76,4%-i deməkdir.
21 sığortaçı arasında ən az sığorta haqqı toplayanlar isə "Amrah Sığorta" (11 min manat), "Naxçıvan Sığorta" (45 min manat), "Bakı Sığorta" (120 min manat), "Rəvan Sığorta" (201 min manat) və "Günay Sığorta" (914 min manat) şirkətləridir. Bu şirkətlərin ümumi yığımları 1,291 milyon manat təşkil edib ki, bu da bazarın cəmi 1%-i deməkdir.
Qalan 13 sığorta şirkətinin yığımları isə 1-5,5 milyon manat arasında dəyişir və onların bazar payı 29,693 milyon manat və yaxud 22,6%-dir.
Ödənişlərin 53%-ni 3 şirkət həyata keçirir
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda həyata keçirilmiş 40,488 milyon manatlıq sığorta ödənişlərinin 53,1%-i və yaxud 21,489 milyon manatı 3 sığorta şirkətinin payına düşüb. Bunlar "PAŞA Sığorta", "PAŞA Həyat Sığorta" və "Atəşgah Həyat Sığorta" şirkətləridir.
9 ay ərzində adları çəkilən sığortaçılar müvafiq olaraq 8,75 milyon manat (21,6%), 7,278 milyon manat (18%) və 5,461 milyon manat (13,5%) ödəniş ediblər.
21 sığortaçı arasında ən az ödəniş edənlər isə "Naxçıvan Sığorta" (0 manat), "Amrah Sığorta" (9 min manat), "Rəvan Sığorta (52 min manat) və "Bakı Sığorta" (64 min manat) şirkətləridir. Bu şirkətlərin ümumi ödənişləri 125 min manat təşkil edib ki, bu da cəmi 0,3%-lik pay deməkdir.
Qalan 14 sığorta şirkətinin ödənişləri 18,874 milyon manat və yaxud bütün ödənişlərin 46,6%-i qədərdir.

© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 24 d. əvvəl
-
-
27 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
49 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






















