Çin-dən ABŞ-a cavab - İDXAL RÜSUMLARINI ARTIRDI
Çin hökuməti, ABŞ-ın polad və alüminium tariflərinə qarşılıq, ABŞ-dan idxal edilən 128 məhsula 15 və 25 faiz vergi tətbiq edəcəyini bildirib.
"Marja" xəbər verir ki, Çin Maliyyə Nazirliyindən verilən açıqlamada, Vaşinqton rəhbərliyinin idxal polad və alüminiuma müvafiq olaraq 25 faiz və 10 faiz gömrük tarifinin Dünya Ticarət Təşkilatının qaydalarını pozduğu və ölkə maraqlarına zərər verdiyi qeyd olunub.
Bu baxımdan ölkə maraqlarının qorunması üçün polad və alüminium məhsullarına tətbiq edilən vergilərə cavab olaraq Çinin 23 Martda dərc etdirdiyi və ABŞ-dan idxal edilən təxminən 3 milyard dollar məbləğindəki 128 məhsula 15 faiz və 25 faiz vergi planının bu gündən etibarən qüvvəyə minəcəyi bildirilib.
"ABŞ-ın tezliklə Dünya Ticarət Təşkilatının (DTT) qaydalarını pozan addımlardan imtina edəcəyini və ikitərəfli ticarət əlaqələrini normal axarına qaytaracağına ümid edirik", - ifadələri istifadə edilən açıqlamada, hər iki tərəf üçün iş birliyinin yeganə doğru yol olduğu vurğulanaraq, iki ölkənin narahatlıqlarını dialoq və müzakirə ilə həll etməsi lazım olduğu qeyd edilib.
Çinin 23 Mart tarixli vergi cavab tədbirləri planı, ABŞ-dan idxal edilən 977 milyon dollar dəyərində quru və təzə meyvə, polad, şərab daxil 120 məhsula 15%, dəyəri 1,99 milyard dollara çatan donuz əti və məhsulları ilə alüminium daxil 8 məhsula 25 faiz əlavə vergi qoyulmasını əhatə edir.
ABŞ Prezidenti Donald Tramp, 9 Martda idxal polad və alüminiuma müvafiq olaraq 25 faiz və 10 faiz gömrük tarifi tətbiq edəcəyini açıqlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 saat əvvəl
“Şəki Agro” Suvarma Sistemlərinin açılış mərasimi keçirildi – FOTOLAR + VİDEO
-
10 saat əvvəl
“Bank of Baku” ölkəmizin bankçılıq missiyasının ilk ABŞ səfərində iştirak edib
-
1 gün əvvəl
Bank Respublika ABŞ-də Azəbaycanın ilk bankçılıq missiyasında iştirak etdi
-
1 gün əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında görüş keçirilib
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
2 gün əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
2 gün əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 2 gün əvvəl
- 2 gün əvvəl