Bir ölkəni necə borclandırmaq olar?
Yəqin tez-tez mətbuatda Dünya bankının bu və digər ölkələrə infrastrukturun inkişaf etdirilməsi məqsədilə müxtəlif ucuz kreditlərin ayırdığına tez-tez rast gəlirsiniz. Sizcə məqsəd doğrudan da inkişaf etməkdə olan ölkələrin infrastruktur inkişafıdır, yoxsa burada başqa hədəflər var?
Bu sualların cavabını Con Perkinsin “Bir İqtisadi Qatilin Etirafları” (Confessions of an Economic Hit Man) kitabında təsvir edir. Qeyd olunmalıdır ki, kitab azərbaycan dilinə hələ də tərcümə edilməyib. Dəyərli oxucularımız bu möhtəşəm kitabın qısa məzmununu azərbaycan dilində www.readit.az saytından oxuya bilər.
Bu məqaləmizdə sizi həmin kitabla tanış etməyə çalışacağıq.
Kitab uzun illər “İqtisadi Qatil” kimi fəaliyyət göstərən Con Perkinsin həyat və fəaliyyəti haqqında yazılmış bir bioqrafiyadır. Bu mövzu ilə bağlı yazılmış silsilə kitabların ilki olan bu kitabda müəllif şəxsi həyatından, təhsil illərindən, onu yetişdirən mühitdən və tanış olduğunu insanların onun həyatına və fəaliyyətinə təsirindən bəhs edir.
İqtisadi Qatil kimdir? Bunlar müxtəlif ölkələrdə (xüsusilə, resurs baxımından zəngin olan kasıb ölkələrdə) müxtəlif infrastruktur və digər layihələrin həyata keçirilməsi ilə bağlı danışıqlar aparan şəxslərdir. Bu şəxslər əvvəlcə həmin ölkələrə külli miqdarda borcun verilməsini, daha sonra isə həmin borcla xarici şirkətlərə layihələrin verilməsini təmin edirlər. Burada əsas qüvvə kimi ABŞ çıxış edir.
Con Perkins kitabda ABŞ hökümətinin və şirkətlərinin Ekvador, Qvatamela, İndoneziya, İran, Kuba, Venesuela, İraq, Panama və digər bir çox ölkələrdəki fəaliyyətlərindən bəhs edir. Həmçinin, bu fəaliyyətlərin nəticələri, yerli əhalinin fikirləri və s. də təsvir olunan məsələlər sırasındadır.
Con Perkins bildirir ki, əvvəllər İqtisadi Qatil kimi yerinə yetirdiyi fəaliyyətin həmin ölkələr üçün faydalı olduğunu düşünsə də, vaxt keçdikcə işinin əsl məğzini daha aydın dərk etməyə başlayır. Bu səbəbdən də işindən ayrılır. Daxil olduğu özəl şirkətlər onlar haqqında yazmamaq şərtini qoyduqda bir müddət buna əməl edən müəllif, daha sonra dözə bilməyib yazmağa başlayır.
ABŞ siyasətini güclü şəkildə tənqid edən bu kitab, həmçinin şirkətokratiya kimi məsələlərə, Dünya Bankı, CİA kimi güclü təşkilatların fəaliyyətinə də toxunur. Azərbaycan dilinə tərcümə edilməmiş bu kitabın qısa məzmununu sizə Amerika siyasəti ilə daha yaxından tanış olmağa kömək edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 saat əvvəl
Bank Respublika ABŞ-də Azəbaycanın ilk bankçılıq missiyasında iştirak etdi
-
11 saat əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında görüş keçirilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
1 gün əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
1 gün əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"