Bundan sonra həkimlər göstərdiyi xidmətə uyğun maaş alacaq
“Fevral ayından xəstəxanalara maliyyələşməni göstərdiyi xidmətə görə verəcəyik. Yəni, bir həkimə nə qədər xəstə müraciəti olacaqsa, ona uyğun əmək haqqı formalaşacaq”.
Bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.
İcbari tibbi sığortanın kontrol mexanizmlərinin olacağına diqqət çəkən Z.Əliyev misal çəkib ki, vətəndaş hər hansı səbəbdən həkimdən narazı qalarsa Agentlik bu məsələni araşdıracaq: “Araşdırmanın yekununda görsək ki, həkim xəstəyə ehtiyacı olmayan xidmətlər göstərib, yaxud hansısa keyfiyyətdə qüsur olub, onda həkimin göstərdiyi xidmətə görə maliyyələşməni verməyəcəyik. Yaxud da həkimi cərimə edəcəyik. Bunun da bir neçə yolu olacaq. Bu səbəbdən də həkimin marağı olacaq ki, ilk növbədə xəstəyə lazım olmayan xidmətlər göstərməsin. Eyni zamanda, xidmətini daha keyfiyyətli formada göstərsin ki, sabah onun maliyyələşməsində hansısa problem olmasın. Bir çox metodlar da olacaq ki, biz əsas keyfiyyət üzərində dayanacağıq. Əsas hədəfimiz odur ki, həkim elə xidmət göstərməlidir ki, xəstə ikinci dəfə həkimə müraciət etməsin”.
Agentlik direktoru həmçinin, ölkədə icbari tibbi sığortanın tədbiqinin müalicə üçün xaricə üz tutan insanların sayına təsir edib-etməyəcəyi məsələsinə də münasibət bildirib: “İlk növbədə araşdırmalar aparmaq lazımdır ki, bunun əsas səbəbi nədən qaynaqlanır və bundan sonra hansı addımlar atıla bilərik. Hesab edirəm ki, bu sistem tədbiq olunandan sonra xaricə gedən vətəndaşların sayı azalacaq. Yox, əgər vətəndaş imkanlıdırsa və müalicə üçün xarici ölkəyə üz tutursa, o zaman bunun qarşısını ala bilmərik. Heç qarşısını almağa da ehtiyac yoxdur. Çünki bu, vətəndaşın sərbəst seçimidir. Gələcəkdə Agentliyin imkanları daha yaxşı olarsa, hətta biz maliyyə vəsaiti ayıraraq bəzi xəstələri Azərbaycanda olmayan xidmətləri əvəz etmək üçün xaricə müalicəyə göndərə bilək”.
O, həm də əlavə edib ki, uşaqlar, işləməyən əlil və təqaüdçülər, eləcə də tələbələrin sığorta haqqı dövlət tərfindən ödəniləcək və onlar sığortaçı sayılacaq: “2017-ci ilin iyun-iyul aylarında bütün ölkə üzrə bu sistemin tədbiq olunacağı barədə yekun qərar verə biləcəyik”.
Xatırladaq ki, bu il yanvarın 1-dən Azərbaycanda ilk dəfə icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılıb. Sistem ilkin olaraq, Yevlax və Mingəçevirdə həyata keçirilir. Mingəçevir şəhərinin və Yevlax rayonundakı dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) Nazirlər Kabineti yanında İcbari Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərirlər.
Direktorun sözlərinə görə, bu halda həkimin daha yaxşı xidmət göstərməyə marağı olacaq: “Belə olan halda da onun xəstəsi çox olacaq və bu da öz növbəsində onun maliyyələşməsinə təsir edəcək”.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 1 gün sonra
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal” şirkəti İtaliyanın qabaqcıl istehsalçısı ilə memorandum imzaladı
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İllik 15%-lik yüksək gəlir əldə etmək imkanı ®
SOCAR və “Uzbekneftegaz”ın birgə layihəyə başladı - Daşkənddə mərasim keçirilib, Mirziyoyev də iştirak edib
12, 36 və 146 nömrəli marşrutlarda avtobuslar yenilənir
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
9-cu “Zeekr 001” avtomobilinin sahibi Leyla Fətəliyeva oldu
Ən çox oxunanlar
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
Bank İmişlidə filial açdı
InvestAZ və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib
Lombard şirkətinə 1,3 milyon manat pul lazımdır
Özbəkistan Prezidenti Azərbaycanın nazirini qəbul edib, birgə layihələri müzakirə edib
Azad olunmuş ərazilər üzrə torpaqların icarə müqavilələrinin imzalanmasına başlanıb
"Sizin Lombard"ın 15% gəlirliliyi olan 2 milyon manatlıq istiqrazları tam yerləşdirildi
Öz ərizəsi ilə işdən azad olundu










.jpg)




.jpg)



