"AccessBank" və "ASAN Könüllüləri" AİM layihəsinə start verib
"AccessBank" və "ASAN Könüllüləri" Təşkilatının tərəfdaşlığı çərçivəsində reallaşdırılan "ASAN İnkişaf Modeli" (AİM) layihəsi start götürüb.
Layihə çərçivəsində ilk tədbirlər Şirvan və Sabirabad şəhərlərində baş tutub. Hər iki tədbirə ümumilikdə 600-dən çox 9-11 sinif şagirdləri qatılıb. Tədbir çərçivəsində şagirdlərə ixtisas seçimi, müasir və innovativ texnoloji yeniliklər, sosial şəbəkələrdən faydalı istifadə, dünya trendlərinə düzgün qoşulma, yaradıcı, məntiqi təfəkkürün inkişaf etdirilməsi, özünüinkişaf, psixologiya mövzularında təlimlər keçirilib. Təlimləri "AccessBank" və "ASAN Könüllüləri" təşkilatının nümayəndələri aparıblar.
"AccessBank"ın Korporativ bankçılıq/Marketinq departamentlərinin direktoru Günay Cəlilova bildirib ki, bu layihənin keçirilməsində əsas məqsəd şagirdlərə ixtisas seçimində dəstək olmaq, onları yeni trendlərlə tanış etməklə yanaşı, qarşıya düzgün məqsədin qoyulması və ona çatmaqda motivasiya verməkdir. Departament rəhbəri təmsil etdiyi bankın fəaliyyəti və burada karyera imkanları barədə də məlumat verib: "Öz təcrübəmdən deyə bilərəm ki, mən sevdiyim işlə məşğul oluram və bu günədək öz üzərimdə işləyirəm, yeni biliklər əldə edirəm. Buna görə, mən hər birinizə daim öz üzərinizdə işləməyi, biliklərinizi artırmağı tövsiyə edirəm. Əmin olun ki, sevdiyiniz işlə məşğul olmağınız sizi uğura aparacaq".
Bankın Rəqəmsal Bankçılıq üzrə İcraçı Direktoru Səbinə Qurbanova isə şagirdləri informasiya texnologiyaları sahəsi üzrə baş verən yeniliklər barədə məlumatlandırıb. Onun sözlərinə görə, bu sahənin mütəxəssislərinə təlabat olduqca yüksəkdir: "Dünyanın hər yerində olduğu kimi, bu sahə ölkəmizdə də sürətlə inkişaf edir. Azərbaycanlı İT mütəxəssisləri artıq nəinki ölkəmizdə, xaricdə də öz sözlərini deyə biliblər. Bu səbəbdən ənənəvi ixtisaslardan əlavə yeni trendlərə nəzər yetirərək, özünüzə daha yaxın olan ixtisarları seçməyinizi tövsiyə edirəm".
Daha sonra təlimlərdə iştirak edən şagirdlərin sualları cavablandırılıb. Təlimlərə maraq olduqca böyük idi və bunun nəticəsi kimi, şagirdlərin əksəriyyəti aktivliyi ilə seçilirdi.
Yekunda şagirdlərə hədiyyələr və trenddə olan kitablar paylanılıb.
Qeyd edək ki, layihə çərçivəsində ölkənin müxtəlif bölgələrində 9-11-ci sinif şagirdlərini əhatə etməklə bir neçə hissəli təlim-seminarlar şəklində təşkil olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
2 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























