“Azərtexnolayn” və “Gazelli” qaliblər seçilib
MDB ölkələri arasında keyfiyyət sahəsində əldə edilən nailiyyətlərə görə keçirilən müsabiqənin nəticələri elan olunub. Azərbaycan müəssisələri olan “Azərtexnolayn” MMC və “Gazelli Group” MMC müsabiqənin qalibləri seçilib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən "Marja"ya daxil olmuş məlumt görə, istehsal və xidmətlər üzrə keyfiyyət sahəsində əldə edilən nailiyyətlərə görə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin müəssisələri arasında keçirilən müsabiqənin qalibləri müəyyən olunub.
MDB-nin İqtisadi Şurasının qərarı ilə “İşçilərinin sayı 251-dən 3000-dək olan istehsal təyinatlı məhsulların istehsalı” nominasiyasında Azərbaycanı təmsil edən “Azərtexnolayn” MMC və “İşçilərinin sayı 250-dək olan xalq təsərrüfatı məhsullarının istehsalı” nominasiyasında isə “Gazelli Group” MMC müsabiqənin “Laureat”ı (qalibi) adına layiq görülüb.
Qaliblər müsabiqənin ikinci mərhələsində MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının təyin etdiyi ekspertlər qrupu tərəfindən zəruri sənədlərin təhlili və istehsal müəssisələrində həyata keçirilən auditin nəticəsində seçilib.
Məlumat üçün bildirək ki, müsabiqənin I mərhələsi MDB-yə üzv ölkələrin aidiyyəti qurumları tərəfindən keçirilir. Bu məqsədlə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2017-ci ildə ölkə üzrə qaliblərin müəyyən edilməsi ilə bağlı elan vermişdir. Müsabiqənin tələblərinə əsasən müraciət edən təşkilatlar iki ildən az olmamaq şərti ilə istehsal olunan məhsulların və ya xidmətlərin yüksək keyfiyyətliliyini təsdiq etməli, həmçinin iki ildən az olmamaq şərti ilə məhsullar MDB-yə üzv dövlətlərə ixrac edilməlidir. Müsabiqənin birinci mərhələsinin qalibləri “Azərtexnolayn” MMC (Polad borular istehsalı) və “Gazelli Group” MMC-nin (Parfümeriya məhsullarının istehsalı) sənədləri ikinci mərhələdə iştirak üçün MDB-nin Dövlətlərarası Şurasına təqdim edilmişdir.
Müsabiqədə təşkilata üzv ölkələrdən Azərbaycanla yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ukrayna, Moldova və Ermənistanı təmsil edən bir çox müəssisələr iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
42 d. əvvəl
Gecikdirilmiş 108 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
-
- 47 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Ötən il 30 milyon manatdan çox qazanmış bank səhmdarlarına dividend ödəyəcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
2 saat əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bank Nəzarəti Strategiyası” təsdiq edilib - AÇIQLAMA
McDonald’s yenə təəccübləndirdi...
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Neft bazarına tarixi müdaxilə planı - QİYMƏTLƏR DÜŞDÜ
Milyarderlərin sayı 400 nəfər artaraq 3428-ə, sərvətləri 4 trilyon artaraq 20,1 trilyon dollara çatıb
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
























