Turizm və Menecment Universitetinə prorektor təyin olundu
Azərbaycan Turizm və Menecment Universitetinin Elm və İnkişaf məsələləri üzrə prorektoru vəzifəsinə təyinat olub
Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmri ilə Anar Nazim oğlu Eminov Azərbaycan Turizm və Menecment Universitetinin Elm və İnkişaf məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilib.
12 aprel 2018-ci il tarixində Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev və Elm sektorunun müdiri Vüqar Məmmədovun iştirakı ilə ATMU-da kollektivə Anar Eminov prorektor kimi təqdim edilib.
Qeyd edək ki, Anar Nazim oğlu Eminov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq ticarət” ixtisası üzrə bakalavr dərəcəsindən fərqlənmə diplomu ilə məzun olmuş, 2004-2006-cı illərdə Türkiyə Respublikası Doqquz Eylül Universitetinin Sosial Elmlər İnstitutunda “Beynəlxalq biznesin idarə olunması” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirmişdir. 2000-ci ildə universitetlər arası Riyaziyyat olimpiadasında birinci yerə layiq görülmüşdür. Anar Eminov, 2007-2011-ci illərdə Qərb Universitetinin “Hüquq” fakültəsində “hüquqşünas” ixtisası üzrə əlavə (ikinci) ali təhsil alaraq “hüquqşünas” ixtisasına yiyələnmişdir.
2007-2009-cu illərdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində “Dünya İqtisadiyyatı” ixtisası üzrə doktorantura təhsilini vaxtından əvvəl başa vuran A.N.Eminov 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2010-cu ildən etibarən Azərbaycan Turizm və Menecment Universitetində “Turizmdə menecment və marketinq” kafedrasında müəllim, baş müəllim, 2013-cü ildən etibarən isə “Marketinq” kafedrasının müdiri vəzifəsində çalışan A.N.Eminov rus, ingilis və türk dillərini bilir. 2016–cı ildən “Marketinq” kafedrasının dossentidir. Hal hazırda elmlər doktoru proqramı üzrə təhsilini başa vurmaq üzrə olan A.N.Eminov yerli və beynəlxalq elmi jurnallarda (Fransa, Türkiyə, Rusiya, Bolqarıstan, Qırğızıstan vəs.) çap edilmiş 70 – dək məqalə, 1 monaqrafiya və 4 dərs vəsaitinin müəllifidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
9 saat əvvəl
Bank Respublika ABŞ-də Azəbaycanın ilk bankçılıq missiyasında iştirak etdi
-
16 saat əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında görüş keçirilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
1 gün əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
1 gün əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"