“AmrahBank”ın son vəziyyəti məlum oldu
“AmrahBank” ASC 2018-ci ilin 1-ci rübünə dair maliyyə göstəricilərini açıqlayıb.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-mart dövründə “AmrahBank”ın cəmi gəlirləri 3 milyon 587 min manat, o cümlədən faiz gəlirləri 2 milyon 124 min manat, qeyri-faiz gəlirləri 1 milyon 463 min manat təşkil edib. Xərclər (8 milyon 971 min manat) gəlirləri üstələdiyindən “AmrahBank” ilk rübü 5 milyon 384 min manat zərər ilə başa vurub.
Qeyd edək ki, 8 milyon 971 min manat cəmi xərcin 2 milyon 645 min manatını kreditlər üzrə ehtimal olunan zərərlər üçün ehtiyatlara ayırma xərci təşkil edib. Digər 6 milyon 326 min manat xərc isə faiz, qeyri-faiz və əməliyyat xərcləridir ki, bu da cəmi gəlirlərdən çoxdur.
2017-ci ilin 1-ci rübündə “AmrahBank”ın cəmi gəlirləri 7 milyon 164 min manat təşkil etmiş, Bank rübü 1 milyon 450 min manat xalis mənfəət ilə başa vurmuşdu.
Bank 2017-ci ili 1 milyon 450 min manat zərər ilə bağlamışdı. Bankın zərərinin əsas səbəbi gəlirin kreditlər üzrə ehtimal olunan zərərlər üçün ehtiyatlara yönəldilməsi və xərclərin yüksək olmasıdır.
Ötən ilin 1-ci rübünün sonu ilə müqayisədə “AmrahBank”ın cəmi aktivləri 242 milyon 274 min manatdan 198 milyon 326 min manat, o cümlədən müştərilərə verilmiş cəmi kreditlər 112 milyon 497 min manatdan 89 milyon 550 min manata geriləyib.
31.03.2018-ci il tarixində “AmrahBank” 37 milyon 110 min manat cəmi kapitala, 36 milyon 456 min manat məcmu kapitala malik olub. Yaranan zərərlər Bankın kapitalını silir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)







