ATENA-nın işçiləri şirkətin yeni sahibinə etiraz edirlər - VİDEOLAR
"ATENA" şirkətinin yeni sahibi məhsulların satışı fəaliyyətini "Avrora" distribyutor şirkətinə ötürməyə qərar verib və işçilərin ixtisarı gözlənilir. "ATENA"nın satış ilə məşğul olan işçiləri bildirirlər ki, "Avrora" şirkətinin öz komandası olduğundan onlara bu şirkətdə yer yoxdur. "Bizə anidən xəbər verdilər. Bu qədər insanı işsiz qoymaqla, onların ailələrini çətin vəziyyətdə qoymq doğru deyil. Biz dövlət qrumlarından kömək istəyirik", - işçilər bildirirlər. Ətraflı aşağıdakı videolarda.
2 ildir “Atropatena Group” QSC-nin İcraçı direktoru vəzifəsini icra edən Gökhan Becerikli "Marja"ya təqdim etdiyi yazılı açıqlamada bildirib ki, bu gün rəsmi olaraq heç bir işçi işdən çıxarılmamışdır:
"“ATENA Group” Qapalı Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının 20 aprel 2018-ci il tarixli 4 saylı protokolu ilə qəbul edilmiş qərarına əsasən şirkətin zərərlərinin azaldılması, xərclərinin optimallaşdırılması və daha çox istehsala fokuslanmaq məqsədi ilə bugündən etibarən distribusiya və mühafizə xidmətləri kənar şirkətlərə ötürülmüşdür. Belə bir qərarın qəbul edilməsinə səbəb, şirkətin 2 ildən artıqdır zərərlə işləməsi, işçilər, banklar və təchizatçılar qarşısında öhdəliklərini vaxtında icra edə bilməməsi olmuşdur. Qəbul edilən qərar barədə işçilər məlumatlandırılmış və onlara bildirilmişdir ki, distribusiyanı qəbul edən şirkətdə onların işlə təmin edilmələri barədə danışıqlar aparılır. Rəsmi olaraq, bugün heç bir işçi işdən çıxarılmamışdır. Direktorlar Şurasının qərarının icrası zamanı hər hansı işçi ixtisar ediləcəyi təqdirdə Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq, kompensasiya ödəniləcək və digər imtiyazlar təqdim ediləcəkdir".
"DEYİLƏNLƏR HƏQİQƏTİ ƏKS ETDİRMİR"
“Atena” şirkətinin satış müdiri Rəfail Rəsulov, Şirkətin Direktorlar Şurasının sədri Qəmbər Sübhanverdiyevin və İcraçı direktor Gökhan Beceriklinin iddialarına münasibət bildirib.
Rəfail Rəsulov "Marja"ya açıqlamasında bildirib ki, Zərəngiz Məmmədovanın şirkətdə müəyyən səhm payına malik olması əsas vermir ki, onun həyat yoldaşı İsrafil Qasımov başına qoçu dəstəsi yığıb, hər üç şirkətə, yəni “Atena” süd zavodu, “Aqat Aqro” heyvandarlıq fermasına və “Atena Qrup” QSC-nin baş ofisinə hücum etsin, işçiləri qanunsuz olaraq işdən kənarlaşdırmaqla şirkətlərin fəaliyyətini iflic vəziyyətə salsın:
“Onu da qeyd edim ki, şirkətlər barədə deyilənlər də həqiqəti əks etdirmir. Dünənə kimi hər üç şirkətin fəaliyyəti normal olub, istehsal və satış sahəsində heç bir neqativ hal olmamışdır.
Onu da qeyd etməliyik ki, şirkətlərin fəaliyyəti ilə bağlı bütün məsələlər bağlı qapılar arxasında səlahiyyətləri olmayan şəxslərlə deyil, səhmdarlar və əmək kollektivi ilə müzakirə olunmalı və qərar şəkilində kollektivə elan olunmalıdır.
Şirkətin icraçı direktoru qeyd edib ki, satışın digər şirkətə verilməsi 8% xərcləri azaldır, əvvəla bu yanlış rəqəmdir və bu məbləğ üçün 250 nəfər işçini işdən azad etməyə birbaşa əsas vermir. Bu proses ölkə prezidentinin apardığı yeni iş yerlərinin açılması siyasətinə ziddir. İşdən xəbəri olmayan və şəxsi marağını güdən türkiyə vətəndaşı ilə dünənki vergi məmur əlbir olaraq 250 işçini işsiz qoymuşdur.
Bir də ki, kim kimin qohumu olması əsas vermir ki, onun əmlak və əmək hüquqlarının pozulmasına rəvac versin. İ.Qasımov 400 nəfərə yaxın işçinin əmək və əmlak hüquqlarını pozduğuna görə qanun qarşısında cavab verməli olacaq. Atena məhsulları illərdir ki daxili və xarici bazarda tanınmış bir brenddir. Bu gün onu bu vəziyyətə gətirmək İ.Qasımovun son 5 ildə məqsədli fəaliyyətinin nəticəsidir. Bu barədə yəqin ki, konkret faktlarla həm ictimayətə, həm də hüquq-mühafizə orqanlarına məlumat veriləcək”.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 13 d. sonra
-
37 d. əvvəl
Azər Türk Bank yeni ilə kəskin artım və dayanıqlı maliyyə nəticələri ilə başlayıb
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Kapital Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb - 120 MİLYON MANATDAN ÇOX XALİS MƏNFƏƏT AÇIQLADI
-
1 saat əvvəl
Metroda yeni stansiyaların tikintisi ilə bağlı kompensasiya ödənilə bilərmi?
-
2 saat əvvəl
Aprelin 16-da gözlənilən hava şəraiti - Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
VTB (Azərbaycan) 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
19 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
"Rabitəbank"ın xalis mənfəəti 9 faizdən çox artıb
Azərbaycanın Neft Fondu Çin və İndoneziya qurumları ilə platforma yaratdı - 520 milyon dollar cəlb edilib
Ən çox oxunanlar
“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
Yenilənmiş 100 manatlıq pul nişanı tədavülə buraxıldı
Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb






.jpg)





.jpg)





