Palatanın nümayəndələri ABŞ-da səfərdə olublar
Beynəlxalq Valyuta Fondu ilə işgüzar əlaqələrin genişləndirilməsi, habelə maliyyə və bank sektorları üzrə beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) nümayəndələri Amerika Birləşmiş Ştatlarında səfərdə olub.
Palatadan "marja"ya daxil olmuş məlumata görə, səfər çərçivəsində Palatanın Maliyyə Monitorinqi Xidmətinin direktoru Anar Salmanov və Bank Fəaliyyətinə Nəzarət Departamentinin direktoru İmran Məmmədov Beynəlxalq Valyuta Fondunun yaz görüşlərində, o cümlədən 18 aprel tarixində təşkil olunmuş “Qafqaz və Mərkəzi Asiya regionunda müxbir bank əlaqələrinin ləğv edilməsi” mövzusunda seminarında iştirak ediblər.
Bundan əlavə, səfər çərçivəsində Palatanın nümayəndələri tərəfindən ABŞ-ın Dövlət Departamenti, Xəzinədarlıq Departamenti və onun nəzdində fəaliyyət göstərən maliyyə kəşfiyyatı orqanı (FinCEN), Xarici Özəl İnvestisiyaları Korporasiyası və İxrac-İdxal Bankının yüksək rütbəli nümayəndələri ilə görüşlər keçirilib. Görüşlər zamanı Azərbaycan Respublikasının maliyyə-bank sektorunda aparılan islahatlar və əldə olunmuş nailiyyətlər, ixtisaslaşdırılmış beynəlxalq maliyyə təşkilatları ilə bu istiqamətdə həyata keçirilən əməkdaşlıq layihələri, o cümlədən çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı məsələlər müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)






