Dövlət büdcəsinə 4 milyard 630 milyon manat köçürüb
2017-ci il әrzindә Azərbaycan Mərkəzi Bankı (AMB) müvafiq icra hakimiyyәti orqanı ilә razılaşdırılmaqla dövlәt büdcәsinә 4 milyard 630 milyon 64 min manat mәblәğindә vәsait köçürüb.
Bu barədə AMB-nin 2017-ci il fəaliyyəti üzrə audit hesabatında bildirilir.
Bank 31 dekabr 2017-ci il tarixindә tamamlanan il üzrә 3 milyard 513 miyon 453 min AZN (2016-cı ildə 401 milyon 664 min AZN) mәnfәәt әldә edib.
"Azәrbaycan Mәrkәzi Bankı haqqında" qanunun 12-ci maddәsinә uyğun olaraq qurumun kapital ehtiyatları formalaşdırıldıqdan vә illik maliyyә hesabatı auditor rәyi ilә tәsdiqlәndikdәn sonra reallaşdırılmış mәnfәәtin sәrbәst qalığı dövlәt büdcәsinә (o cümlәdәn müvafiq icra hakimiyyәti orqanının müraciәtinә әsasәn müvafiq icra hakimiyyәti orqanı ilә razılaşdırmaqla dövlәt zәmanәti üzrә borc öhdәliklәrinin yerinә yetirilmәsini tәmin etmәk üçün “Büdcә sistemi haqqında” qanuna müvafiq olaraq yaradılan mәqsәdli büdcә fonduna) köçürülür.
AMB-nin 31 dekabr 2008-ci il tarixinә yaranmış kapital çatışmazlığının aradan qaldırılması mәqsәdi ilә Maliyyә Nazirliyi tәrәfindәn buraxılmış sadә veksel (borc öhdәliyi) 1 mart 2017-ci il tarixindәn etibarәn geri çağırılmış vә hәmin vekselin әdalәtli dәyәri mәblәğindә olan (244 miyon 987 min manat) dövlәt borc öhdәliyi bağlanıb.
31 dekabr 2017-ci il tarixinә Bankın nizamnamә fondu 500 milyon AZN (31 dekabr 2016: 500 milyon AZN) olub.
20 oktyabr 2015-ci il tarixindә Mәrkәzi Bank haqqında Qanuna edilmiş dәyişikliklәrә müvafiq olaraq bölüşdürülmәmiş mәnfәәtdәn әlavә 490 milyon manat AMB-nin nizamnamә fonduna köçürülәrәk, qurumun nizamnamә fondu 500 milyon manat olaraq formalaşdırılıb. 20 oktyabr 2015-ci il tarixindә qanunvericiliyə edilmiş dәyişikliklәrә müvafiq olaraq, Bankın kapital ehtiyatları onun nizamnamә fondundan az olmamalıdır vә buna görә dә Bank kapital ehtiyatlarını hesabat ilinin mәnfәәtindәn 290 milyon 483 min manat ayıraraq 500 milyon manat formalaşdırıb.
Qeyd edək ki, 2016-ci il üzrə audit hesabatına görə, Nazirlər Kabinetinin 10 yanvar 2017-ci il tarixli sərəncamına əsasən Bank 31 dekabr 2016 və hesabat tarixi arasındakı dövr ərzində dövlət büdcəsinə 1 milyard 954 milyon 859 min AZN məbləğində vəsait köçürüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)
.jpg)








.jpg)





