Türk lirəsi yenidən ucuzlaşır
Türk Lirəsi Dollar qarşısında yenidən ucuzlaşır. Səbəb, Standard & Poor (S&P) beynəlxalq kredit reytinqi agentliyinin Türkiyənin kredit reytinqini aşağı salmasıdır.
"Marja" xəbər verir ki, ötən həftə Türkiyə Mərkəzi Bankının rəhbəri Murat Çetinkayanın pul siyasətində sərtləşmədən bəhs etməsinin ardından Dollar 4.03 səviyyəsinə enmiş, sonradan isə mərhələli olaraq 4.10 səviyyəsinə yüksəlmişdi.
Bu gün sürətlə yüksələn məzənnə 4.12 səviyyəsinə, sonra da 4.1740-a qədər qalxıb (saat 18:50-yə olan məlumat).
S&P-dən verilən açıqlamada, Türkiyənin xarici valyutada kredit reytinqinin "BB"dən "BB-"yə, yerli valyutada reytinqinin isə "BB+"dan "BB"yə salındığı qeyd edilib.
Kredit reytinqinin endirilməsi ilə bağlı olaraq, Türkiyənin makro-iqtisadi tarazlığının pozulmasının artdığı bildirilən açıqlamada, inflyasiyanın yüksəldiyi, Türk Lirəsinin dəyərdən düşdüyü və volatilliyin artdığı qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türk İnvestisiya Fondunun təsis iclası keçirilib, Baş direktoru seçilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Honda elektrik avtomobillərinə 65 milyard dollar sərmayə yatıracaq
-
2 gün əvvəl
Mərkəzi Bank: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
-
2 gün əvvəl
Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
-
2 gün əvvəl
Teplovozlardan biri Bakıya çatdırılıb - ADY lokomotiv parkını sağlamlaşdırır