Şərabçılığın inkişafını əngəlləyən səbəblər açıqlandı
“Aparılan təhlillər göstərir ki, istehsalın həcmi ölkədə fəaliyyət göstərən şərabçılıq müəssisələrinin faktiki potensialından dəfələrlə azdır. Mövcud vəziyyətə, ilk növbədə, şərabın əsas xammalını təşkil edən üzümün maya dəyərinin yüksək olması təsir edir. Bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən subsidiya məbləğinin kompensasiya payı isə son qiymətlərin formalaşdırılmasında hər zaman yüksək deyildir”.
“Marja” xəbər verir ki, bu “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nda deyilir.
Proqramda qeyd edilir ki, Azərbaycan Respublikasının mülkiyyəti hesab edilən əmtəə nişanlarının müəyyənləşdirilməsi və üzüm bağlarının növünə (süfrə və texniki), sortuna (“Mədrəsə”, “Kaberne” və s.) və coğrafiyasına uyğun olaraq inventarizasiyası lazımi səviyyədə təşkil edilməmişdir. Eyni zamanda, ölkədə üzüm tinglərinə olan ehtiyacın daxili imkanlar hesabına ödənilməsi işi gücləndirilməlidir. Əvvəllər Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu daxilində müvafiq məntəqələr fəaliyyət göstərsə də, hazırda onların əsaslı bərpasına ehtiyac vardır.
Maliyyə resurslarının çatışmazlığı və şərab istehsalçılarının zəruri maliyyə mənbələrinə çıxışının lazımi səviyyədə olmaması da şərab istehsalı müəssisələrinin potensialının maksimum səviyyədə reallaşdırılmasına imkan vermir.
Digər tərəfdən, ölkədə istehsal edilən şərab növlərinin sayı kifayət qədər çox olsa da, onların brendləşdirilməsi istiqamətində görülən işlər lazımi səviyyədə deyildir. Bu sahədə mütərəqqi beynəlxalq təcrübəni öyrənməklə milli şərab brendlərinin formalaşdırılması və onların qlobal arenada təbliği artıq müasir dövrün tələbidir.
Son illərdə dünya bazarında aşağı keyfiyyətli şərab məhsullarının həcminin artması səbəbindən, bu cür məhsullardan daxili bazarın və ölkə əhalisinin sağlamlığının qorunması vacib məsələlərdən biridir.
Eyni zamanda, Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçiddə avtomobil aksiz postunun olmaması, eləcə də şərab və şərabçılıq məhsullarını daşıyan xüsusi vaqon (sistern) parkının, həmçinin yerli şərab şüşələrinin və markalarının, şərabçılıq üzrə milli normativ texniki sənədlərin (DÖST, AZS milli standartları) müasir tələblərə tam şəkildə cavab verməməsi kimi problemlər şərab məhsullarının ölkədən ixracını məhdudlaşdırır.
Ümumiyyətlə, ölkədə istehsal olunan şərab və şərabçılıq məhsullarının daxili tələbatdan artıq olması, həmin məhsulların xarici bazarlara çıxarılması ilə bağlı bəzi problemlər bir sıra hallarda müəssisələri istehsal edilmiş şərabçılıq məhsullarını konyak spirti istehsalına yönəltməyə məcbur edir.
“2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” bu sahədə mövcud problemlərin həllinə, ölkədə müvafiq istiqamətdə aparılan işlərin daha da sürətləndirilməsinə və şərabçılığın gələcək inkişafına töhfə verəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)






.jpg)








