Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında dördüncü yerə düşdü
Keçən il Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 153 milyon dollar təşkil edib. Bu göstərici ilə Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında dördüncü yerdədir. Birinci yerdə Kanada (1832 milyon dollar), ikinci yerdə Türkiyə (1525 milyon dollar), üçüncü yerdə isə Rusiya dayanır (881 milyon dollar). Qeyd edək ki, əvvəlki illərdə Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ikinci yeri tuturdu.
Gürcüstanın Milli Statistika xidmətindən bildiriblər ki, ötən il Gürcüstanın MDB ölkələri ilə xarici ticarət dövriyyəsi 2015-ci illə müqayisədə 3 faiz azalaraq 2721 milyon dollar təşkil edib. Gürcüstanın ixrac etdiyi məhsulların həcmi 12 faiz azalaraq 739 milyon dolar olub. İdxalat isə 1 faiz artaraq 1983 milyon dollara çatıb.
Gürcüstanın Avropa ölkələri ilə ticarət dövriyyəsi 2015-ci illə müqayisədə 14 faiz artaraq 3601 milyon dollar təşkil edib. Burada da ixracat 12 faiz azalaraq 571 milyon dollar, idxalat isə 20 faiz artaraq 3030 milyon dollar olub.
Ümumiyyətlə isə keçən il Gürcüstanın xarici ticarət dövriyyəsi 11966 milyon dolar olub ki, bu da, 2015-ci illə müqayisədə 20 faiz çoxdur.
© Azərtac
Müştərilərin xəbərləri
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 29 d. əvvəl
-
-
31 d. əvvəl
“Naxçıvan Taxıl Məhsulları”nın rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
-
46 d. əvvəl
Daha 8 şirkət “Startap” şəhadətnaməsi aldı - 3 İL MƏNFƏƏT VERGİSİ ÖDƏMƏYƏCƏKLƏR
-
1 saat əvvəl
Gecikdirilmiş 108 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il 30 milyon manatdan çox qazanmış bank səhmdarlarına dividend ödəyəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
3 saat əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bank Nəzarəti Strategiyası” təsdiq edilib - AÇIQLAMA
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı




























