Kapital Bank "Mobil elektron imza" layihəsini təqdim etdi
Kapital Bank Azərbaycanda ilk dəfə "Mobil elektron imza" layihəsi təqdim edib.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, 7 may 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi ilə Kapital Bank arasında reallaşan "Mobil elektron imza" layihəsinin təqdimatı keçirilib.
"Bu layihə bank əməliyyatlarının rahat şəkildə aparılması ilə yanaşı, sənədlərin imzalama prosesinin sürətli, təhlükəsiz və elektron şəkildə həyata keçirilməsinə imkan yaradacaq".
Təqdimat mərasimində Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya inzibatçısı Nahid Zeynalov və Bank Məhsulları departamentinin direktoru İqbal Rüstəmov, həmçinin Məlumat Hesablama Mərkəzinin Marketinq şöbəsinin müdiri Ceyhun Məmmədov, Milli Sertifikat Xidmətləri Mərkəzinin müdir müavini Həbib Abbasov və digər qonaqlar iştirak ediblər.
“Ötən ilin sonunda Kapital Bank-ın Müşahidə Şurası tərəfindən bankın 2018-2020-ci illər ərzində həyata keçəcək strateji planı təsdiqləndi. Strateji hədəflərdən ən mühümü rəqəmsal bankçılığa keçid ilə bağlı idi. İlin əvvəlində yeni BirBank tətbiqini müştərilərin ixtiyarı verdik. İlin sonunadək isə rəqəmsal filialımızın açılışını etməyi planlaşdırırıq. Bu hün təqdim edilən bu yenilik də rəqəmsal bankçılığa keçidin bariz nümunəsidir”, - deyə, - Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya inzibatçısı Nahid Zeynalov bildirib.
Qeyd edək ki, "Mobil elektron imza" layihəsi çərçivəsində Kapital Bank-ın müştəriləri qısa müddət ərzində "Mobil elektron imza" sertifikatlarına sahib ola biləcəklər. Belə ki, bankın səlahiyyətli əməkdaşı müştərini 5 dəqiqə ərzində mobil elektron imza ilə təmin edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
11 saat əvvəl
"PAŞA Kapital"ın gəlirləri artıb, ötən ili mənfəətlə başa vurub
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14 saat əvvəl
Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!
-
15 saat əvvəl
ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatdı!
- 15 saat əvvəl