Bankların ləğv planları hazırlanıb
Bildiyiniz kimi müxtəlif vaxtlarda bir sıra bankarın (“Atrabank” ASC, “Kredobank” ASC, “Bank of Azerbaijan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Texnikabank” ASC, “Zaminbank” ASC, “Royal Bank” ASC, “Gəncəbank” ASC, “Bank Standard” KB QSC) bank lisenziyaları geri alınmış, həmin banklar barəsində 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsi və Gəncə İnzibati-İqtisadi məhkəməsi tərəfindən müflis qərarları qəbul olunmuşdur.
Həmin bankların ləğvedicisi olaraq Əmanətlərin Sığortalanması Fondu təyin edilib.
Hal-hazırda ləğv prosesində olan bankların müflis elan edilməsi və iflas proseduru ilə əlaqədar ləğv prosesi davam etdirilir.
Əmanətlərin Sığortalanması Fondu bildirir ki, iflas proseduru çərçivəsində “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 83-cü maddəsi rəhbər tutularaq ləğv prosesində olan bankların müfəssəl ləğv planları hazırlanmış və təsdiq edilməsi üçün müvafiq məhkəmə instansiyalarına təqdim olunmuşdur.
Məlumat üçün bildiririk ki, müfəssəl ləğv planları bankın aktivlərini və passivlərini göstərən maliyyə hesabatını, bankın keçmiş və proqnozlaşdırılan gəlirləri və xərcləri haqqında rüblük hesabatları, bankın tələblərinin ödənilməsinə yönəldilən məhkəmə və məhkəmədənkənar hərəkətlər haqqında hesabatı və s. məlumatları özündə əks etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz



























