2017-ci ildə bir sıra sahələrdə layihələri maliyyələşdirəcək
Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2017-ci ildə ASK, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün infrastrukturun yaradılması sahəsində layihələri maliyyələşdirməyi planlaşdırır. Bu barədə fonddan məlumat verilib.
"SKMF bu il maliyyələşdirəcəyi prioritet sahələri müəyyənləşdirib. Fond aqrar parkların, iri fermer təsərrüfatlarının, ətlik-südlük istiqamətli heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə layihələrə kredit ayırmaq niyyətindədir", - deyə məlumatda bildirilir.
Bundan başqa, SKMF aqrar məhsulların emalı üzrə layihələri maliyyələşdirəcək. Bunlar meyvə-tərəvəz məhsullarının emalı, ət kəsimi, quşçuluq, yem istehsalı müəssisələrinin yaradılması üzrə layihələrdir.
Bu il üçün fondun prioritetlərinə ASK məhsullarının yetişdirilməsi və saxlanılmsı üçün infrastrukturun yaradılması ilə bağlı layihələrin, xüsusilə logistika mərkəzlərinin, müasir istixana komplekslərinin, intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə layihələrin maliyyələşdirilməsi də daxildir.
Dövlətin prioritetləini nəzərə alaraq SKMF bu il çörək, tikinti materiallarının istehsalı üzrə müəssisələrin tikintisi layihələrinə də kredit ayırmağa hazırdır”, - deyə məlumatda qeyd olunur.
© İnterfaks - Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 20 d. əvvəl
-
-
42 d. əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
44 d. əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
- 51 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Hörmüz boğazında mina varsa, götürün, əks halda nəticələri ağır olacaq
-
2 saat əvvəl
Odero "Visa Ready Full" sertifikasiyasını uğurla tamamladı, xüsusi status aldı
-
15 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
15 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Milyarderlərin sayı 400 nəfər artaraq 3428-ə, sərvətləri 4 trilyon artaraq 20,1 trilyon dollara çatıb
Ən çox oxunanlar
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"

























