Aqrar sektor üçün "Amerika ağ kəpənəyi" təhlükəsi yaranıb
ŞABRANDA AMERİKA AĞ KƏPƏNƏYİ AŞKAR OLUNUB
Cari ilin may ayının əvvəllərindən etibarən Azərbaycan Respublikası ərazisində karantin tətbiq edilən zərərli orqanizm olan Amerika ağ kəpənəyinə (Hyphantria cunea Drury, 1773) qarşı fitosanitar monitorinqlərə və mübarizə tədbirlərinə start verilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Astara, Lənkəran, Quba, Qusar, Xaçmaz və Şabran rayonları ərazisində ümumilikdə 12550 hektar sahədə müşahidə işləri həyata keçirilib.
Müşahidələr nəticəsində Şabran rayonu ərazisində 0,6 ha sahədə 32 dekorativ bəzək ağacında zərərvericinin birinci nəslinə aid tırtıllar aşkar edilib və sirayətlənmiş budaqlar kəsildikdən sonra sahədən kənarda yandırılma yolu ilə məhv edilib.
Amerika ağ kəpənəyi Azərbaycanda iki nəsil verir. Bəzi illərdə 3-cü natamam nəslin əmələ gəlməsi müşahidə olunur, lakin payızda soyuqların düşməsi nəticəsində kiçik yaşlı tırtıllar məhv olurlar. Qışlamış nəslin ilk fərdlərinin pupdan uçması may ayının (çiçəkləmənin əvvəli və ya çiçəkləmə dövrü), yay nəslinin uçması isə iyulun əvvəllərində baş verir. Uçuş 20-30 gün davam edir. Havanın temperaturu 13◦C-dən aşağı düşdükdə kəpənəklərin pupdan uçması dayanır. Kəpənəklər qidalanmırlar. Dişi kəpənəklərin yaşam müddəti yazda 2-11 gün, yayda isə 4 - 6 gün davam edir. Erkəklər 1-4 gün yaşayırlar.
Zərərvericiyə qalın bitki örtüklü meşələrdə və sıx ağaclıqlarda rast gəlinmir. 330 qədər ağac-kol və ot bitkiləri ilə qidalanır. Polifaq həşəratın ikinci nəsli daha ziyanlıdır. Amerika ağ kəpənəyinin tırtılları tərəfindən yarpaqların yeyilməsi (defolyasiyası) bitkilərin zəifləməsinə, çoxsaylı zədələnmələr nəticəsində isə məhv olmasına səbəb olur. Tırtılların tükcükləri insanlarda allergiya yarada bilir. Amerika ağ kəpənəyi əsasən kənd təsərrüfatı və sənaye yükləri arasında nəqliyyat vasitələri ilə daşınmaqla yayılır. Bununla yanaşı kəpənəklər aktiv olaraq qısa məsafələrə (250 m) uçuşlar edə bilir. Yaxın ərazilərdə yeni mənbələrin əmələ gəlməsində aktiv, eləcə də passiv yayılma (kəpənəklərin hava axını vasitəsi ilə yayılması) xüsusi əhəmiyyət kəsb edir.
Təhlükəli karantin obyekti olan Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə tədbirlərinin vaxtını müəyyən etmək məqsədi ilə zərərvericinin yayıldığı ərazilərdə qidalandığı bitkilər üzərində hər bir nəslin inkişafı dövründə vaxtaşırı müşahidələr aparılmalıdır.
- İlk növbədə bağlarda, parklarda, həyətyanı sahələrdə, meşə zolaqlarında, tingliklərdə və s. yerlərdə zərərverici aşkar edildiyi hallarda təcili olaraq Dövlət Fitosanitar Nəzarəti Xidmətinə məlumat verilməli, yeni aşkar olunmuş mənbələrdə təcrid və ləğv edici tədbirlər həyata keçirilməlidir
- Zərərverici müşahidə edilən ağaclar üzərində tırtılların əmələ gətirdikləri torlu yuvalar kəsilib tırtıllarla birlikdə məhv edilməli, ağaclar isə dərhal insektisidlərin biri ilə dərmanlanmalıdır;
- Zərərverici tut ağaclarında aşkar edilərsə, onların budanıb bir yerdən başqa yerə aparılması qadağan edilməlidir, əks təqdirdə bu hal Amerika ağ kəpənəyinin sürətlə ətrafa yayılmasına səbəb olar;
- Zərərvericinin puplarını məhv etmək məqsədilə ağacların gövdə və budaqları üzərindəki ölmüş qabıqlar qoparılıb yandırılmalı, gövdələr əhənglənməlidir;
l nəslin kütləvi puplaşması dövründə meyvə bağları və həyətyanı sahələrdə ağac çətirləri altında torpaq bellənməli və şumlanmalıdır;
Mübarizə tədbirləri dövlət qeydiyyatına alınmış və istifadəsinə icazə verilmiş pestisidlər və bioloji preparatlardan biri ilə aparılmalıdır: diflubenzuron 0.3 l/ha, xlorban (2 l/ha), fastoks (0,2-0,3 l/ha), desis (0,7 l/ha), sumi-alfa (0,5-0,6 l/ha), superkor (0,2-0,4 l/ha), karate (0,2-0,4 l/ha), komprador (1,5-3,0 l/ha) və s. Zərərvericinin hər nəslinə qarşı insektisidlərə həssas kiçik yaşlı tırtılların kütləvi əmələ gəlməsi dövründə dərmanlama aparmaq daha səmərəlidir;
- Yaşayış məntəqələrində, sanatoriyaların, istirahət evlərinin ərazilərində zərərvericinin 1-3 yaşlı tırtıllarına qarşı diflubenzuron 0.3 l/ha, bitoksibatsilin (2-3 kq/ha), lepidosid (1 kq/ha) və digər bioloji preparatlarından istifadə edilməsi məqsədəuyğundur.
- Kimyəvi mübarizə zamanı yaşayış məntəqələri və dərmanlanan sahələr arasındakı sanitar zona 300 m-dən az olmamalıdır. Pestisidlərin tətbiqi yolverilməz olan yerlərdə bitkilər bioloji (delfin, lepidosid və s.) və hormonal (diffuz və s.) preparatlarla çilənməlidir;
- Payızda gövdəətrafı və cərgə aralarında torpaq şumlanmalıdır.
Göründüyü kimi, Amerika ağ kəpənəyi əleyhinə karantin, aqrotexniki, mexaniki, bioloji və kimyəvi mübarizə üsullarından sistemli şəkildə istifadə etməklə yüksək səmərə əldə etmək olar.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 20 d. əvvəl
-
1 saat əvvəl
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
-
-
2 saat əvvəl
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Neft bazarında narahatlıq yaradan iddia: Tramp administrasiyasından 200 dollarlıq ssenari
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ABŞ-ın “sürətli qələbə” və “rejim dəyişikliyi” kimi hədəfləri uğursuz olub"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 27-də gözlənilən hava şəraiti
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
Qeyri-müəyyənlik yüksək olaraq qalır, neft qiymətləri artır
Neft bazarında narahatlıq yaradan iddia: Tramp administrasiyasından 200 dollarlıq ssenari
Ən çox oxunanlar
Putin Rusiyadan külçə qızıl ixracını qadağan edib
Tramp: İran razılaşmaq istəyir, amma bunu deməyə qorxur
İran: ABŞ ilə heç bir danışıqlar aparılmır
Meta bu il ikinci ixtisar dalğasına başlayıb
Sony və Honda elektrik avtomobili layihəsindən imtina etdi
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur






















