Nəhəng investisiya şirkəti SOCAR-la ortaqlığı genişləndirmək istəyir
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbər heyəti “Goldman Sachs International” investisiya şirkətinin icraçı direktorları Sarel Eldor, Yakut Seyhanlı və Anton Sıçevlə görüşüb.
SOCAR-ın yaydığı məlumata görə, görüşdə bu il SOCAR-ın bir sıra mühüm layihələri, o cümlədən “Goldman Sachs International” şirkətinin paydaş olduğu STAR neft emalı zavodunun və TANAP boru kəməri kimi layihələrin tamamlanmaq üzrə olduğu bildirilib. “Goldman Sachs International” şirkəti ilə əməkdaşlıq əlaqələrinin qurulduğu dövrdə hələ ilkin layihəndirmə mərhələsində olan sənaye obyektlərinin tikintisi bu gün artıq tamamlanmaq üzrədir və yaxın zamanda həmin müəssisələr gəlir gətirməyə başlayacaq.
SOCAR-ın əldə etdiyi uğurlu nəticələr gələcək əməkdaşlığın daha da əlverişli vasitələrlə davam etdirilməsinə stimul verir. Bu baxımdan SOCAR hazırkı və gələcək layihələrdə ortaqlıq prinsiplərini daha da əlverişli əsaslarda müəyyənləşdirmək üçün “Goldman Sachs” ilə birgə təhlil və araşdırma aparacaq.
Görüşdə, həmçinin SOCAR-ın Türkiyədə və bütün dünyada genişlənən ticarət əməliyyatlarının maliyyələşdirilməsi ilə bağlı “Goldman Sachs International” Şirkətinin mümkün rolu gündəmə gətirilib. “Goldman Sachs International” SOCAR-ın dünya üzrə infrastruktur və sənaye layihələrini maliyyələşdirməkdə maraqlıdır. Bu istiqamətlərdə araşdırmaların aparılması üçün şirkətlər arasında işçi qrupunun fəaliyyəti planlaşdırılıb.
SOCAR “Goldman Sachs International” ilə əməkdaşlığı 2014-cü ilin dekabrında “Petlim” limançılıq şirkətinin 30 faizlik payının alınması ilə başlamışdır. 2015-ci ildə isə “Goldman Sachs” SOCAR-ın törəməsi olan “SOCAR Turkey Energy A.Ş.” şirkətinin 13 faizinə yiyələnmək üçün 1,3 milyard dollar vəsait sərf etmişdir. Goldman Sachs investisiya şirkətinin baş ofisi Nyu-Yorkdadır. Goldman Sachs investisiya bankçılığı, qiymətli kağızlar, investisiya menecmenti sahəsində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
-
7 saat əvvəl
Qırğızıstan-Azərbaycan İşgüzar Şurasının yaradılmasına dair memorandum imzalanıb
-
-
7 saat əvvəl
Bakıdan daha bir Avropa şəhərinə birbaşa uçuşlara başlanılacaq
- 7 saat əvvəl
-
8 saat əvvəl
Şəhərlərarası və şəhərdaxili avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıdan daha bir Avropa şəhərinə birbaşa uçuşlara başlanılacaq
FED faiz qərarını açıqladı
200 000 manatlıq hədiyyə abunəçiləri gözləyir!
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
Biznesin İnkişafı Fondu ASC-yə çevrildi, nizamnaməsi təsdiq edildi - 1 MİLYARD 181 MİLYON MANAT SƏRMAYƏ
Ən çox oxunanlar
Müsabiqə keçirilməsinə 1 milyon manat ayrıldı - SƏRƏNCAM
Ədliyyə Akademiyasının rektoru dəyişdi - PREZİDENTDƏN SƏRƏNCAMLAR
1977-ci ildə kosmosa göndərilən aparat yarım əsrdir yol gedir, 1 işıq günü uzaqlığa çatacaq - 26 milyard kilometr
SOCAR-ın borc portfeli müzakirə olunub, SOCAR və ARDNF-ə müvafiq tapşırıqlar verilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Banklarda ən çox bu sığorta məhsulları təklif olunur – STATİSTİKA




















.jpg)



.jpg)
