“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Cümə günü əmək bazarı ilə bağlı açıqlanan statistik göstəricilər Amerikada işsizliyin son 1 ilin orta səviyyəsində olduğunu göstərib. Lakin Amerika iqtisadiyyatında inflyasiyanın 2%-ə kimi artması fonunda əmək bazarında vəziyyətin daha da yaxşılaşması gözlənilir. Əmək bazarı üzrə gözləntilərin yanvar ayında isə özünü doğrultmaması, dolların dünya birjalarında qiymətlərinin bir müddət son 1 ayın ən aşağı səviyyələrində ticarət ediləcəyini proqnozlaşdırmağa əsas verir. Beləliklə, EUR/USD valyuta cütlüyünün qiyməti də 1.07$-ın üzərində ticarət olunmaqdadır və məzənnənin gələcək günlər ərzində 1.07 və 1.08$ aralığında ticarət ediləcəyi proqnozlaşdırılır.
GBP
Funt/Dollar cütlüyünün qiyməti gözlənildiyi kimi 1.2705$-dan 1.2411$-a kimi ucuzlaşıb. İnvestAZ analitiklərinin təhlillərinə əsasən, qiymət gələcək günlər ərzində 1.2411$ və 1.2705$ aralığında ticarət olunacaqdır.
TRY
Dollar/Lirə cütlüyünün qiyməti isə proqnozlaşdırıldığı kimi 3.68TL-ə kimi ucuzlaşıb və türk lirəsi əlavı olaraq 3.62TL-ə kimi də bahalaşa bilər.
OIL
Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti 57$ ətrafında ticarət olunmaqdadır. Dünya bazarlarında neft istehsalının azalması xəbərləri və dolların ucuzlaşması neftin dəyər qazanmasına dəstək olur. Qiymət keçən həftənin maksimum səviyyəsi sayılan 57$-ın üzərində ticarət edildikcə, 58$-a kimi də dəyər qazana bilər.
GOLD
Əlvan metallar bazarında isə qızılın bir unsiya üzrə qiyməti 1225$-a (39.3 $/qram) ticarət edilir və qiymət keçən həftənin maksimum səviyyəsi (1225$) altında qaldıqca, daha da ucuzlaşa bilər. Qiymət qrafiki üzrə texniki təhlillərə əsasən isə qiymət 1207$-a (38.7 $/qram) kimi ucuzlaşarsa, 1198$-a (38.4 $/qram) kimi də ucuzlaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
"İran Azərbaycan, Kipr və Türkiyə ərazilərinə heç bir zərbə endirməyib"
-
-
10 saat əvvəl
Orban Macarıstanın Müdafiə və Enerji Təhlükəsizliyi şuralarının iclasını çağırdı
-
11 saat əvvəl
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 10-da gözlənilən hava şəraiti
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dolları keçib
Ən çox oxunanlar
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
G7 ölkələri neft ilə bağlı təcili tədbir hazırlayır
Soya yağı və buğda qiymətlərində artım
Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir
Küveyt neft istehsalını azaltmağa məcbur oldu
Müharibə İraqln neft hasilatını vurdu – İstehsal 60% azalıb






















