Deputatın şirkəti 1,3 milyon manat mənfəət açıqladı
“Azəraqrartikinti” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 22 milyon 779 min manat təşkil edib.
Qurumun maliyyə hesabatında bildirilir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 74,1% çoxdur.
2017-ci ildə səhmdar cəmiyyətin öhdəlikləri 53,1% artaraq 18 milyon 17 min manata, cəmi kapitalı isə 3,8 dəfə artaraq 4 milyon 609 min manata çatıb.
Ötən il “Azəraqrartikinti”nin əsas əməliyyat gəliri 75 milyon 326 min manat (əvvəlki ilə nisbətən 49,4% çox), satışının maya dəyəri 73 milyon 701 min manat (49,2% çox) təşkil edib. Son nəticədə şirkətin əməliyyat mənfəəti 1 milyon 625 min manat olub.
2017-ci ildə səhmdar cəmiyyət 325 min manat mənfəət vergisi ödəyib və ili 1 milyon 300 min manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı illə müqayisədə 61,2% çoxdur.
Xatırladaq ki, "Azəraqrartikinti" 1961-ci ildən fəaliyyət göstərən “Başkolxozlararasıtikinti” İdarəsinin bazasında 1998-ci ildə yaradılıb. Şirkət bir sıra dövlət sifarişlərində icraçı olub. “Azəraqrartikinti” milli məclisin deputatı Ağalar Vəliyevə məxsusdur.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)




