Gömrük, rəsmiləşdirməyə sərf edilən vaxtı minimuma endirməyi planlaşdırır
Dövlət Gömrük Komitəsi (DGK) qanunvericilikdə gömrük prosedurlarının sadələşdirilməsini nəzərdə tutan düzəlişlər hazırlayır. Bunu komitənin Hüquqi təminat şöbəsinin müdiri Sənan Muxtarov deyib.
“Təkliflər müzakirə mərhələsindədir və daha sonra rəhbərliyə təqdim olunacaq”, - deyə o, bu gün jurnalistlər üçün “Azərbaycan Gömrüyü: bu gün və sabahın çağırışları” mövzusunda seminarda bildirib.
Şöbə müdirinin sözlərinə görə, düzəlişlər gömrük prosedurlarının sadələşdirilməsini və gömrük orqanlarının potensialının artırılmasını nəzərdə tutur.
"Gömrük prosedurlarının sadələşdirilməsi gömrük bəyannaməsinin tərtib edilməsi zamanı tələb olunan sənədlərin minimuma endirilməsinə kömək edəcək”, - deyə S.Muxtarov əlavə edib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 18 d. əvvəl
- 19 d. əvvəl
-
38 d. əvvəl
“AZZA”nın qidalarının daşınma zamanı təravətli qalmasının sirri məlum olub
- 38 d. əvvəl
- 46 d. əvvəl
- 49 d. əvvəl
-
54 d. əvvəl
“Azercell”in ev sahibliyi etdiyi konfrans beynəlxalq sənaye liderlərini Bakıda bir araya gətirib
-
57 d. əvvəl
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb
-
58 d. əvvəl
Qazaxıstan Vyetnam şirkətlərinə Orta Dəhlizdən istifadəni təklif edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qaradağ İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib