13 min hektar çay plantasiyası salınacaq - YENİ PROQRAM
Azərbaycanda bitkiçiliyin ənənəvi sahələrindən biri də çayçılıqdır. Vaxtilə bu sahədə şan-şöhrət qazanan ölkəmizdə çayçılığın tənəzzülə uğraması indi özünü daha qabarıq göstərir.
Çayçılığın əvvəlki şöhrətinin geri qaytarılması üçün ilk növbədə, yeni plantasiyalar salınmalı, məhsullar yerli xam mal əsasında istehsal və ixrac olunmalıdır.
Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə danışan Prezident İlham Əliyev deyib: “Biz özümüzü keyfiyyətli çayla təmin etməliyik və xaricə də Azərbaycanda yetişdirilən çay ixrac etməliyik. Çünki hazırda biz daha çox xaricdən gətirilən çayı burada paketləyib ixrac edirik. O da yaxşıdır. Hər halda çayı idxal etməkdən daha yaxşıdır. Ancaq çalışmalıyıq ki, bizim emal müəssisələri yerli məhsul əsasında fəaliyyət göstərsin və bu, təkcə çayçılığa aid deyil”.
Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini Vahid Əliyev bu barədə fikirlərini bölüşüb. O bildirib ki, hazırda Çin çay istehsalında 36,2 faizlik göstərici ilə dünyada liderdir. Bu bitkinin əkininə dünya ölkələrində böyük maraq var. 2005-2014-cü illərdə dünyada çayın əkin sahəsinin 803 min 602 hektar, istehsalın isə 1 milyon 711 min 510 ton artması bunu təsdiqləyir.
Onun sözlərinə görə, Azərbaycanda Lənkəran iqtisadi rayonu çay istehsalının 91 faizini təşkil edir. Ötən illərdə bu sahənin tənəzzülü özünü çay plantasiyalarının sayının azalmasında, eləcə də istehsalın aşağı düşməsində də göstərib. Belə ki, Azərbaycanda çay plantasiyaları 1911 hektar azalıb. Bu illər ərzində ən pis göstərici Lənkəran iqtisadi bölgəsində qeydə alınıb: əkin sahəsində 66,8 faiz, istehsalda isə 23,5 faiz azalma.
Azərbaycanda çayçılığın şöhrətini geri qaytarmaq üçün atılan addımlardan danışan ekspert bildirib ki, çayçılığın təşkilinin, çay istehsalının, habelə çay məhsullarının keyfiyyətinin təmin edilməsi və digər məsələlərin tənzimlənməsi məqsədilə 2002-ci il dekabrın 17-də “Çayçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiqlənib. Çayçılığın stimullaşdırılması ilə bağlı tədbirlər çay əkini sahələrinin artırılmasına, əhalinin quru çaya olan tələbatının böyük bir hissəsinin yerli istehsal hesabına ödənilməsinə, yüksəkkeyfiyyətli çayın ixracına, yeni iş yerlərinin açılmasına imkan yaradan sosial-iqtisadi məsələ kimi mühüm əhəmiyyətə malikdir. Bu sahənin inkişaf etdirilməsi üçün “Azərbaycan Respublikasında 2017-2026-cı illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı”nın layihəsi işlənib hazırlanır. Proqramın həyata keçirilməsi nəticəsində çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənəcək, çay plantasiyalarının əkin sahəsi 13 min hektar artırılaraq 17 min hektara çatdırılacaq.
“Azərbaycan Respublikasında 2017-2026-cı illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi respublikamızda çayçılığın ənənələrinin qorunaraq inkişaf etdirilməsinə, regionların aqrar sənaye potensialının artırılmasına, rəqabətin qorunmasına, daxili tələbatın ödənilməsinə, idxaldan asılılığın azaldılmasına, çay emalı məhsullarının ixracının və çayçılıqla bağlı digər sahələrin inkişafına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin ümumi iqtisadi potensialını gücləndirəcək”, - deyə V.Əliyev qeyd edib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 1 gün sonra
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
“Kristal” şirkəti İtaliyanın qabaqcıl istehsalçısı ilə memorandum imzaladı
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İllik 15%-lik yüksək gəlir əldə etmək imkanı ®
SOCAR və “Uzbekneftegaz”ın birgə layihəyə başladı - Daşkənddə mərasim keçirilib, Mirziyoyev də iştirak edib
12, 36 və 146 nömrəli marşrutlarda avtobuslar yenilənir
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
9-cu “Zeekr 001” avtomobilinin sahibi Leyla Fətəliyeva oldu
Ən çox oxunanlar
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
Bank İmişlidə filial açdı
InvestAZ və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib
Lombard şirkətinə 1,3 milyon manat pul lazımdır
Özbəkistan Prezidenti Azərbaycanın nazirini qəbul edib, birgə layihələri müzakirə edib
Azad olunmuş ərazilər üzrə torpaqların icarə müqavilələrinin imzalanmasına başlanıb
"Sizin Lombard"ın 15% gəlirliliyi olan 2 milyon manatlıq istiqrazları tam yerləşdirildi
Öz ərizəsi ilə işdən azad olundu
















.jpg)

